“Xəzər”in rəhbəri əmanətçilərin 100 milyon manatını götürüb ölkədən qaçdı

Azərbaycanda daha bir iri bank soyğunu baş verib. Soyğunu həyata keçirənlər isə Hollivud filmlərindəki kimi maskalı quldurlar deyil, bankın rəhbərliyinə daxil olan şəxsdir.
 
Aut.az virtualaz.org-a istinadla xəbər verir ki, Azərbaycanın ilk kommersiya banklarından biri olan "GünayBank” ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalov əmanətçilərin pullarını götürərək ölkədən qaçıb. Onun bankdan 100 milyon manata yaxın vəsait çıxardığı bildirilir. Ehtimal ki, pullar əvvəlcədən hansısa offşor şirkətlərin hesablarına axıdılıb.
 
Zeynalov əvvəllər ölkənin iri banklarından birində departament rəhbəri olub, 2017-ci ilin aprelində "GünayBank”ın idarə heyətinin sədr müavini təyin edilib. Bu, misli görünməmiş bank soyğunun təfərrüatları barədə yaxın günlərdə mənbələrimizin köməyi ilə əlavə məlumatlar əldə etməyə çalışacağıq.
 
"GünayBank” ASC 1992-ci ildən fəaliyyət göstərir və Azərbaycanın bank sektorunu 2015-ci ildə bürümüş dərin böhrana baxmayaraq ayaqda qala bilmişdi. Hətta bankların əksəriyyəti ili zərərlə başa vursa da, "GünayBank” ötən il təmiz gəlir əldə edən azsaylı banklardan biri olub.
 
Bankın əsas səhmdarları Mahmud Məmmədov və Yeganə Şirinovadır. Onlar bankın səhmlərinin 89.76 faiz hissəsinin sahibidir.  Mahmud Məmmədov bankın Müşahidə Şurasının sədridir. 2017-ci il üçün maliyyə hesabatına əsasən "GünayBank” ASC-nin cəmi aktivləri 186 milyon manat olub. Bankın müştəri hesabları üzrə öhdəlikləri 94 milyon manatdan yuxarıdır, cəmi nizamnamə kapitalı isə 57.4  milyon manatdan yuxarıdır. Bu rəqəmlərdən də göründüyü kimi bankir Zeynalov bankı faktiki olaraq boşaldıb.
 
Bu xəbərin futbol sahəsinə də birbaşa dəxli var. Çünki Emin Zeynalov I divizionda son mövsümün qalibi olan “Xəzər”in rəhbəri idi. Onun rəhbəri olduğu klub lisenziya tələblərini yerinə yetirə bilmədiyi üçün Premyer Liqaya buraxılmamışdı. Çatışmayan əsas sənəd isə klub sponsorlarının məhz maliyyə qaynaqlarını göstərməməsi idi. Bu xəbərdən anlaşılır ki, Zeynalovun həmin sənədi təqdim edə bilməməsinin özəl səbəbi var imiş.
 
Əlavə edək ki, dağıldığı deyilən, amma rəsmi şəkildə bu aqibəti bəyan edilməyən “Xəzər”in rəhbərliyi öz işçilərini də aldadıb.Belə ki, klub əməkdaşları may ayının maaşını hələ də almayıb.
 
Tarix: 18 İyun [11:45]
Oxunub: 266 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az