A Seriyasına son vəsiqə sahibini tapdı

İtaliya A Seriyasında növbəti mövsüm çıxış edəcək sonuncu iştirakçının da adına aydınlıq gəlib.

Həlledici oyunda “Frozinone” ilə “Palermo” klubları üz-üzə gəlib. Bu komandalar arasındakı ilk oyunda “Palermo” 2:1 hesabıyla üstün olub. Cavab görüşündə isə “Frozinone” 2:0 hesabıyla qalib gəlməklə elitaya vəsiqəni təmin edib.

Lakin cavab görüşü kifayət qədər gərgin keçib. Bunda hakimin bir neçə mübahisəli qərar qəbul etməsi də təsirsiz ötüşməyib. Amma ən böyük qalmaqal “Frozinone”nin ehtiyat oyunçular skamyasında əyləşən futbolçuların meydana qəsdən toplar ataraq vaxt öldürməyə çalışması olub.

Matç bitən kimi “Palermo” tərəfi baş verənlərlə bağlı etirazını bildirib. Sözügedən klub bu oyunun nəticəsinin ləğv olunmasını tələb edib. Bu üzdən də hələlik, İtaliya futbolunun rəhbərliyinin yekun qərarının necə olacağı bilinmir.

Hazırkı nəticələrə görə isə, “Frozinone” “Empoli” və “Parma” ilə birgə növbəti mövsüm A Seriyasında mübarizə aparmalıdı. Bu klublar son mövsümdə elitanı tərk edən “Benevento”, “Verona” və “Krotone”ni əvəz edəcəklər.

Tarix: 17 İyun [17:40]
Oxunub: 91 dəfə
Müəllif: Aut.az

“Fənər”in prezidenti tarixə düşəcək - “Qalatasaray”ın stadionunda

Aut.az

Rusiya sanksiya tətbiq etdi - “Qarabağ”ın rəqibinin fəxri prezidentinə

Aut.az

Nurlan Novruzov oynadı

Aut.az

"Qalatasaray" "Fənərbaxça"ya qarşı - BU GÜN

Aut.az

Dəniz Yılmaz oynadı

Aut.az

Ayaz Quliyevin komandası 1/4 finalda

Aut.az

Şeydayevin komandası kubokla vidalaşdı

Aut.az

Ozan Can oynadı

Aut.az

Azarkeşlər oyun zamanı qapıçını və baş məşqçini vurdu - FOTOLAR

Aut.az

Arvadına 2 milyonluq "Gelandewagen" aldı

Aut.az