ŞOK HADİSƏ - "Qəbələ"nin məşqçisi yığma komandamızın üzvünü döydü: "Öldürmüşəm. Siz kimsiniz?"

Uzun illərdir Azərbaycan futboluna xidmət edən "Qəbələ" futbol akademiyasında dəhşətli hadisə yaşanıb. 
Akademiyanın məşqçisi Rakif Əliyev, 15 yaşlılardan ibarət komandanın və U-16 yığmamızın şərəfini qoruyan Kamal Kazımovu məşqdə döyüb. Hadisənin şahidlərinin bildirdiyinə görə, Rakif "müəllim" məşqin gedişində qeyri-etik ifadə işlətdiyi üçün 2003-cü il təvəllüdlü, ölkəmizin istedadlı gənclərindən biri hesab edilən, U-15 liqasının ən yaxşı oyunçusu adına layiq görülən Kamalın üzərinə şığıyaraq onu boğmağa, daha sonra isə yumruq və sillə ilə döyməyə başlayıb. Komanda yoldaşlarının köməyi ilə "məşqçinin" caynaqlarından xilas olan Kazımov ağlayaraq meydançanı tərk edib. Hadisədən sonra psixoloji sarsıntı keçirən yeniyetmə futbolçu anasına zəng vurub. Əfsanə Kazımovanın saytımıza verdiyi açıqlamadan məlum olur ki, bu hal birinci dəfə baş vermir:"Həmin gün Kamal mənə yığdı. Ağlayırdı. Elə hey deyirdi ki, məni yetim olduğum üçün döyür(Kamal Kazımovun atası 2 il bundan öncə kron xəstəliyindən(mədə-bağırsaq yollarının istənilən hissəsində inkişaf edə bilər xronik, diffuz, qayıdan xəstəliyin cərrahi rezeksiya ilə sağalma məqsədilə müalicəsi mümkün deyil)dünyasını dəyişib. Orda başqalarına söz belə deyə bilməz, çünki onların atası var. Rakif əvvəllərdə Kamalı döyüb, təhqir edib. Sadəcə mən hər dəfə keçmişəm. Mən balamı onun döyməsi üçün böyütməmişəm. Bir uşağı bu qədər incitmək, həyatdan bezdirmək olmaz". 
Məsələyə aydınlıq gətirmək üçün əlaqə saxladımığız Rakif Əliyev:"Əşi, gedin işinizlə məşğul olun. Döymüşəm yox, öldürmüşəm. Siz kimsiniz?" - deyərək, sualları cavabsız qoyub. Hadisə ilə müraciət etdiyimiz "Qəbələ" futbol akademiyasının rəhbəri Nail Kərimov tez bir zamanda olayı ətraflı şəkildə araşdıraraq saytımızdan Rakif Əliyevin verdiyi kobud cavaba və etdiyi hərəkətə görə üzr istəyərək, məsələyə lazimi qiymət veriləcəyini bildirib. İnanırıq ki, ölkəmizin ən yaxşı futbol akademiyasına sahib olan "Qəbələ" rəhbərliyi hadisə barədə ciddi ölçü götürəcək.(Sportfm.az)

Tarix: 14 İyun [13:45]
Oxunub: 638 dəfə
Müəllif: Aut.az

“Neftçi” “Qəbələ”yə, “Sabah” “Sumqayıt”a qarşı - BU GÜN

Aut.az

"Qarabağ" "Şerif"ə qarşı bu heyətlə oynayacaq

Aut.az

"Qarabağ" "Səbail"i məğlub etdi, "Zirə" "Keşlə" ilə "sülh" bağladı

Aut.az

"Rəşadın nə gücü tükənib, nə də oyunu zəifləyib" - Qurban Qurbanov

Aut.az

"Səbail" - "Qarabağ" START HEYƏTLƏR

Aut.az

“Şerif” - “Qarabağ” oyunu avstriyalılara tapşırıldı

Aut.az

Litva yığmasının üzvü “Keşlə”də - RƏSMİ

Aut.az

"Qarabağ" "Səbail"ə, "Zirə" "Keşlə"yə qarşı - BU GÜN

Aut.az

Orxan Sadıqlı “Sumqayıt”da - Rəsmi

Aut.az

“Qarabağ” Emeqarasız neçə oyun keçirəcək?

Aut.az