İnzaqi “Bolonya”da

İtaliyanın “Bolonya” klubunun yeni baş məşqçisi müəyyənləşib.

A Seriyası təmsilçisini bundan sonra Filippo İnzaqi çalışdıracaq. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, İnzaqi ilə 2020-ci ilin 30 iyul tarixinə kimi müqavilə imzalanıb. O, bu postda mövsüm başa çatandan sonra istefaya göndərilən Roberto Donadonini əvəz edib.

Qeyd edək ki, “Bolonya” geridə qalan mövsümdə A Seriyasını 39 xalla 20 iştirakçı arasında 15-ci pillədə başa vurub.

İnzaqiyə gəlincə, məşqçilik karyerasına “Milan”da start verən gənc mütəxəssis 2016-2018-ci illər aralığında da “Venetsiya”nı çalışdırıb.

Onun qardaşı Simone İnzaqi isə A Seriyasının digər təmsilçisi “Latsio”nun baş məşqçisidi.

Tarix: 13 İyun [19:50]
Oxunub: 216 dəfə
Müəllif: Aut.az

“Fənər”in prezidenti tarixə düşəcək - “Qalatasaray”ın stadionunda

Aut.az

Rusiya sanksiya tətbiq etdi - “Qarabağ”ın rəqibinin fəxri prezidentinə

Aut.az

Nurlan Novruzov oynadı

Aut.az

"Qalatasaray" "Fənərbaxça"ya qarşı - BU GÜN

Aut.az

Dəniz Yılmaz oynadı

Aut.az

Ayaz Quliyevin komandası 1/4 finalda

Aut.az

Şeydayevin komandası kubokla vidalaşdı

Aut.az

Ozan Can oynadı

Aut.az

Azarkeşlər oyun zamanı qapıçını və baş məşqçini vurdu - FOTOLAR

Aut.az

Arvadına 2 milyonluq "Gelandewagen" aldı

Aut.az