"Barselona"nın gənc hücumçusu Türkiyə Super Liqasına transfer edilir

“Fənərbağça”nın yeni prezidenti Ali Koçun vəzifəsinin başına keçməsindən sonra ilk iş olaraq idman direktoru vəzifəsinə Damien Komollini gətirməsi klubun yeni mövsümə iddialı başlayacağının göstəricisi olub.
Prezident yeni idman direktoru ilə birgə fərqli ölkələrdə transfer hücumuna başlayıb.
Damien Komolli öncəliklə hücumçu mövqeyinə transfer etməyi planlaşdırır. Onun əsas hədəfi isə “Barselona”nın icarəyə və ya transfer hüququ ilə birgə göndərnək istədiyi ispaniyalı forvard Pako Alkaserdir.
Komolli 24 yaşlı futbolçu ilə yaxın günlərdə hərəkətə keçəcək. Məhsuldar futbolçunun daha çox forma geyinmək və özünü göstərmək üçün başqa bir komandaya getmək istədiyi öyrənilib.
Ötən mövsüm liqadan düşmək riski ilə qarşı-qarşıya qalan Premyer Liqa təmsilçisi “Sauthempton” gələcək mövsüm daha yaxşı oynamaq üçün Alkaseri transfer etmək istəyib. Lakin Ali Koçun “Barselona” ilə münasibətlərinin yaxşı olması “Fənərbağça”nı bir addım önə çıxarıb.
Alkaser bu mövsüm Ernesto Valvardenin rəhbərliyi altında “Barselona”da yaxşı performans sərgiləyə bilməyib. Xüsusilə, Antuan Qrizmannın “Barselona”ya keçidi iddiaları çıxandan sonra komandadan ayrılması qətiləşib.
24 yaşlı hücumçu bu mövsün La Liqada 17 matça çıxıb, 4 qol vurub, 4 məhsuldar ötürmə edib. “Barselona” ilə 2021-ci ilə qədər müqaviləsi olan ispaniyalı hücumçu 2016-cı ildə “Valensiya”dan 25 milyon avro qarşılığında transfer edilib.
Tarix: 13 İyun [18:40]
Oxunub: 215 dəfə
Müəllif: Aut.az

DÇ-2018: Almaniya Meksikaya uduzdu

Aut.az

33 minə bilet aldı, stadionda yerini tapa bilmədi - FOTO

Aut.az

DÇ-2018: Serbiya uddu

Aut.az

A Seriyasına son vəsiqə sahibini tapdı

Aut.az

İlkay Gündoğanın maşınına hücum - Rəcəb Tayyib Ərdoğana görə

Aut.az

DÇ-2018: Peru - Danimarka matçının ən yaxşısı

Aut.az

DÇ-2018: Peru uduzdu

Aut.az

DÇ-2018: Mundialın oyunlarını türmədən şərh edəcək

Aut.az

Azərbaycanda azarkeşi döyən futbolçu Georgi Hacinin komandasına transfer oldu

Aut.az

Rüfət Dadaşov yeni komandasına qoşuldu

Aut.az