Bu qapıçı “Sabah“a lazımdı, yoxsa Elşad Əhmədovun özünə?

“Neftçi”nin sabiq qapıçısı Saşa Stamenkoviç karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
 
33 yaşlı serbiyalı qolkiperlə Premyer Liqanın debütantı "Sabah" maraqlanır. Hətta tərəflər arasında ilkin razılığın əldə olunduğu da bildirilir. 

Məlumatı paytaxt komandasının baş məşqçisi Elşad Əhmədov da təsdiqləyib. O, deyib ki, təcrübəli oyunçu ilə danışıq aparılsa da, hələlik məsələ açıq qalır:
 
"Bəli, belə bir məsələ var, amma hələlik söhbət olaraq qalıb. Saşanın transferi ilə bağlı dəqiq bir söz deyə bilmərəm” (report).

Stamenkoviç "Neftçi"də 2011 – 2015-ci illərdə forma geyinib. O, iki dəfə Azərbaycan çempionu və ölkə kubokunun sahibi olub.
 
Serbiyalı qapıçı 2012-2013 mövsümündə Avropa Liqasında çıxış edib. Stamenkoviçin son klubu Qazaxıstanın I Divizonunda çıxış edən "Okjetpes” olub. O, komandadan yanvarda ayrılıb.

Altı aydı oynamayan qapıçı, görəsən, «Sabah»ın nəyinə lazımdı? Bəlkə sualı belə qoyaq: olmaya, Saşanın «stavka» həvəskarı olması haqda yayılan söz-söhbətlər Elşad Əhmədova xoş gəlib? Axı niyə də yox?
 
Respublikanın az qala yarısı iddia edir ki, debütantın yeni baş məşqçisinin Bakının ortasında «Topaz» məntəqəsi var. Yerini də söyləyirlər: Təbriz küçəsində.
 
Elşad bəy söyləyə bilər ki, mən oranın nə yolunu tanıyıram, nə də kimə məxsus olmasını. Ya da ki, ola bilsin, həmin məntəqəni qardaşının işlətməsini söylədi.

Bunların Stamenkoviçin «Sabah» söhbətinə yaxından da olmasa, uzaqdan dəxli var. «Neftçi»nin bir çox azarkeşləri o, hələ ağ-qara formanı geyindiyi vaxt sosial şəbəkədə nələr yazmırdılar?!
 
Yazırdılar ki, serbiyalı Saşanın bukmeyker kontorları ilə «əməkdaşlıq» etməsindən şübhələnirik. Düzdü, şübhə hələ əsas deyil və fakt kimi götürülmür. Sadəcə, hay hayı gedib, vay vayı qalmış kiper «Sabah»ın harasına dərman olacaq ki?
 
Debütantın vaxtilə «Neftçi»də, sonra da "Okjetpes»də qəşəng pullar qazanmış bu balkanlı oğlana yüksək maaş verə bilməyəcəyi birmənalıdı.(sportinfo)
 
O imkan hələ bunlarda yoxdu çünki. Elə isə Stamenkoviçi yenidən Bakıya çəkən nə ola bilər axı? «Stavka»bazlıqdan savayı…
Tarix: 13 İyun [18:20]
Oxunub: 319 dəfə
Müəllif: Aut.az

“Neftçi” “Qəbələ”yə, “Sabah” “Sumqayıt”a qarşı - BU GÜN

Aut.az

"Qarabağ" "Şerif"ə qarşı bu heyətlə oynayacaq

Aut.az

"Qarabağ" "Səbail"i məğlub etdi, "Zirə" "Keşlə" ilə "sülh" bağladı

Aut.az

"Rəşadın nə gücü tükənib, nə də oyunu zəifləyib" - Qurban Qurbanov

Aut.az

"Səbail" - "Qarabağ" START HEYƏTLƏR

Aut.az

“Şerif” - “Qarabağ” oyunu avstriyalılara tapşırıldı

Aut.az

Litva yığmasının üzvü “Keşlə”də - RƏSMİ

Aut.az

"Qarabağ" "Səbail"ə, "Zirə" "Keşlə"yə qarşı - BU GÜN

Aut.az

Orxan Sadıqlı “Sumqayıt”da - Rəsmi

Aut.az

“Qarabağ” Emeqarasız neçə oyun keçirəcək?

Aut.az