“AFFA kimi istəyirsə, onu da Premyer Liqaya gətirir” - MÜSAHİBƏ

“Şüvəlan” klubunun vitse-prezidenti Vaqif Qasımovun müsahibəsi
- I divizionda mübarizə aparan “Şüvəlan”da işinizi davam etdirirsinizmi?
- Hərdən gedib gəlirəm. Hazırda stadionun ot örtüyünü dəyişirlər. Əsasən Milli Aviasiya Akademiyasında oluram.
- Komandaya nəzarət etmirsiniz?
- “Zirə”dən bir nəfəri icraçı-direktor vəzifəsinə gətiriblər. Bəzən oyunlara gedirəm. I diviziondu da, vacib bir məsələ yoxdu. Premyer Liqaya yüksəlməyə ümidimiz var idi. Amma AFFA kimi istəyirsə, onu da Premyer Liqaya gətirir.
- Klubunuz maliyyə durumu elitada oynamağa imkan verirdimi?
- Vallah, bilmirəm maliyyə durumu ilə əlaqədardı, yoxsa istəmirlər? Amma gələn ildən hər şey yaxşı olmalıdı. Gələn mövsüm komanda yüksək liqaya çıxmağa namizəd olacaq.
- Qorxmursunuz ki, gələn il də maliyyə durumu qaydasında olmasa, “Şüvəlan”ı Premyer Liqaya buraxmazlar?
- Xeyr, qorxmaq söhbəti yoxdu. Buraxmağına buraxacaqlar. Premyer Liqa ayrı turnirdi.
- Premyer Liqadan söz düşmüşkən, yəqin ki, çempionatın oyunlarını izləyirdiniz. Kənardan mənzərə necə görünürdü?
- 8 komandalı çempionat olar? Onların da 4-ü avrokuboka vəsiqə qazanır. Bilmirəm, buna cavabdeh olan yoldaşlar nə fikirləşirlər? Futbolçu yüksək liqada oynamasa, heç vaxt inkişaf edə bilməz. Çünki orda göz qabağında olurlar. Kimdi gedib I divizionun oyunlarına baxan? Milli komandanın qarşıdakı turnirlərdə necə çıxış edəcəyini bilmirəm. Vaxtilə çempionatda 22 komanda mübarizə aparıb. Başqa hansı ölkədə 8 komandalı çempionat var? Bununla yığma inkişaf edə bilməz. Şəxsən mənim Qurban Qurbanova yazığım gəlir. Çünki kim varsa, əlinin altında olanlardı. Seçim etmək imkanı yoxdu. Yüksək liqada ən azı 12 komanda çıxış etməlidi ki, gənclər də oynaya bilsinlər.
- Klubların çoxunu AFFA maliyyələşdirir. Axı heç kim sponsor olmaq istəmir...
- Gəncəni futbolsuz qoymaq düzgün idimi? “Sabah”dansa, imkan verərdilər, “Kəpəz” oynayardı. Stadiona əl gəzdirmişdilər, azarkeşləri bütün oyunlara gəlir. AFFA elə Gəncə futboluna kömək edərdi də.
- Amma AFFA klubları maliyyələşdirməsə, 2-3 komanda qalar...
- Problem elə buna görədi. Ümumiyyətlə, maliyyələşdirmə assosiasiyanın işi olmamalıdı, bu, düzgün deyil. Xaricdə şirkətlər klublara sponsorluq etməkdən ötrü növbəyə dururlar. 3 il əvvəl imkanı olmayan klublara hökumət tərəfindən təxminən 3 milyon manat məbləğində köməklik edilməsi məsələsi gündəmə gəlmişdi. Bu, çox yaxşı olardı. “Formula-1” yarışına nə qədər pul xərclənir. Onun 10 faizini futbola ayırmaq olar. Çünki ölkəni daha çox futbolla tanıyırlar. Diqqət yetirin, hazırda bütün dünya Rusiyadakı dünya çempionatı haqda danışır, böyük ajiotaj var. Futbol belə idman növüdü.(apasport.az)
Tarix: 13 İyun [16:30]
Oxunub: 222 dəfə
Müəllif: Aut.az

Qurbanovun köməkçisi müəyyənləşdi

Aut.az

"Qarabağ" Tunis millisinin futbolçusu ilə danışıqlara başladı

Aut.az

Baqali Dabo "Neftçi"də - Rəsmi

Aut.az

“Neftçi”də yeni müqavilə

Aut.az

“Qarabağ” onunla müqaviləni uzatdı - Rəsmi

Auta.z

“Neftçili Yay Futbol Düşərgəsi” start götürdü

Aut.az

Zidanın başçılıq etdiyi siyahıda Qurban Qurbanov 3 pillə irəlilədi

Aut.az

"Səbail"də yeni imza

Aut.az

Xorvatiyalı müdafiəçi "Neftçi"də - Rəsmi

Aut.az

"Qarabağ" Aqolli ilə müqaviləni uzatdı - Rəsmi

Aut.az