“Kəpəz” bütün məşqçiləri qovdu, AFFA mayın maaşını kəsdi

 
“Kəpəz” dağılmaq ərəfəsindədi. Artıq Gəncə klubunda ixtisarlara start verilib.
 
Premyer Liqada qalmayacağı dəqiqləşən komanda strategiyasını diviziona uyğun qurur. Bu səbəbdən klubun bütün komandaları buraxılıb. 9 uşaq komandası, əvəzedici heyət bundan sonra klub tərəfindən maliyyələşməyəcək. Bu kollektivlərin məşqçiləriylə müqavilələrə iyunun 1-dən birtərəfli şəkildə xitam verilib.
 
Təbii ki, bu, son 3 ildə formalaşdırılan uşaq komandalarının məhvinə, istedadların bir qisminin futbolu atmasına səbəb olacaq. Fürsətdən istifadə edən digər klublar “Kəpəz”in bacarıqlı yetirmələrini öz düşərgələrinə daşıyır. “Qəbələ”, “Sumqayıt”, “Qarabağ” və Bakı klubları üzdə olan yeniyetmələri heyətlərinə qatmaqdadı.
 
Əsas komandanın taleyinə isə aydınlıq gəlməyib. Gələn həftə bu məsələyə də nöqtə qoyulacaq və Yunis Hüseynovla köməkçilərinin aqibəti bəlli olacaq. Çox güman ki, onlar divizionda komandanın başında saxlanmayacaqlar.
 
Ümumiyyətlə, AFFA “Kəpəz”dən əlini birdəfəlik çəkib. Hətta kollektiv mayın maaşını da almayıb. Assosiasiya bəhanə edərək maaşın yalnız müəyyən faizini ödəyəcəyini bildirib, tam məbləği isə ödəmək niyyətində deyil. Elə bu məsələ də qarşıdakı günlərdə tam aydınlaşacaq.
Tarix: 13 İyun [13:00]
Oxunub: 265 dəfə
Müəllif: Aut.az

"Vorskla" 100 azarkeşlə gəlir

Aut.az

Milli komandada yeni baş məşqçi

Aut.az

AFFA müraciət etdi

Aut.az

Elmir Vəliyev “Kəpəz”dən getdi - RƏSMİ

Aut.az

İsgəndər Cavadovun komandasını "Bakı"nın bazasından qovdular

Aut.az

AFFA-nın təşkil etdiyi daha bir yarışdan qan qoxusu gəlir

Aut.az

“El-klasiko”ya görə tez başlayacaq - “Neftçi” - “Qarabağ” matçı

Aut.az

Əliyar Ağayev “Bayer”in oyununda!

Aut.az

Azərbaycan Premyer Liqasının 8-ci turunda neçə azarkeş qeydə alındı?

Aut.az

“Qarabağ” - “Vorskla”: İsraillilərə tapşırıldı

Aut.az