Dünyaca məşhur türk şirkəti "Neftçi"nin sponsoru oldu

Məşhur türk şirkəti "Neftçi"тin sponsoru olacaq.
 
"Türk Hava Yolları" (THY) Bakı klubu ilə müqavilə imzalayacaq.
 
Xəbəri dəqiqləşdirmək üçün "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub rəsmisi Fanat.Az-a açıqlamasında məlumatı təsdiqlədi: 
 
 
"Türk Hava Yolları" ilə müqavilə imzalanacağı düzdü. Türk şirkəti titul sponsoru olmayacaq. Amma məşq formalarımızda və stadionumuzda reklamları olacaq. Başqa detallar da var ki, indi bunlarla bağlı məlumat vermək istəmirik. İyulun əvvəllərində böyük təqdimat mərasimi olacaq və orda mətbuata geniş məlumat veriləcək".
 
Qeyd edək ki, "Türk Hava Yolları" dünyanın ən böyük hava yolu şirkətlərindən biridi. Şirkət 20 may 1933-cü ildə qurulub. İldə 65-70 milyon sərnişin daşıyan şirkətin 50 mindən artıq işçisi var. Hava yolu şirkətinin illik xalis gəliri 3-3,5 milyard dollardır.
 
"Azərbaycan Hava Yolları" (AZAL) ilə də ortaq uçuşları olan türk şirkəti Türkiyə millisi, qardaş ölkənin "Qalatasaray", "Beşiktaş", "Trabzonspor", "Bursaspor", İspaniyanın "Barselona", Bosniya və Hersoqovinanın "Sarayevo", ABŞ-ın "İndi Eleven" futbol klubları, həmçinin bir neçə qolf, basketbol, bu hokkeyi, at yarışları, üzgüçülük, Amerikan futbolu, reqbi, velosiped yığma və klubları ilə sponsorluq müqaviləsi var.
Tarix: 13 İyun [12:50]
Oxunub: 339 dəfə
Müəllif: Aut.az

"Vorskla" 100 azarkeşlə gəlir

Aut.az

Milli komandada yeni baş məşqçi

Aut.az

AFFA müraciət etdi

Aut.az

Elmir Vəliyev “Kəpəz”dən getdi - RƏSMİ

Aut.az

İsgəndər Cavadovun komandasını "Bakı"nın bazasından qovdular

Aut.az

AFFA-nın təşkil etdiyi daha bir yarışdan qan qoxusu gəlir

Aut.az

“El-klasiko”ya görə tez başlayacaq - “Neftçi” - “Qarabağ” matçı

Aut.az

Əliyar Ağayev “Bayer”in oyununda!

Aut.az

Azərbaycan Premyer Liqasının 8-ci turunda neçə azarkeş qeydə alındı?

Aut.az

“Qarabağ” - “Vorskla”: İsraillilərə tapşırıldı

Aut.az