Stamenkoviç yenidən Bakı klubunda!

"Neftçi” klubunun sabiq qapıçısı Saşa Stamenkoviç karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
 
33 yaşlı serbiyalı qolkiperlə Premyer Liqanın debütantı "Sabah" klubu maraqlanır. Hətta tərəflər arasında ilkin razılığın əldə olunduğu da bildirilir. 
 
Məlumatı paytaxt komandasının baş məşqçisi Elşad Əhmədov da təsdiqləyib. O, deyib ki, təcrübəli oyunçu ilə danışıq aparılsa da, hələlik məsələ açıq qalır: "Bəli, belə bir məsələ var, amma hələlik söhbət olaraq qalıb. Saşanın transferi ilə bağlı dəqiq bir söz deyə bilmərəm”.
 
Qeyd edək ki, Saşa Stamenkoviç "Neftçi"də 2011 – 2015-ci illərdə forma geyinib. O, iki dəfə Azərbaycan çempionu və ölkə kubokunun sahibi olub. Serbiyalı qapıçı 2012-2013 mövsümündə Avropa Liqasında çıxış edib. Stamenkoviçin son klubu Qazaxıstanın I Divizonunda çıxış edən "Okjetpes” olub. O, komandanı yanvarda tərk edib. (Report)
Tarix: 12 İyun [18:20]
Oxunub: 551 dəfə
Müəllif: Aut.az

"Vorskla" 100 azarkeşlə gəlir

Aut.az

Milli komandada yeni baş məşqçi

Aut.az

AFFA müraciət etdi

Aut.az

Elmir Vəliyev “Kəpəz”dən getdi - RƏSMİ

Aut.az

İsgəndər Cavadovun komandasını "Bakı"nın bazasından qovdular

Aut.az

AFFA-nın təşkil etdiyi daha bir yarışdan qan qoxusu gəlir

Aut.az

“El-klasiko”ya görə tez başlayacaq - “Neftçi” - “Qarabağ” matçı

Aut.az

Əliyar Ağayev “Bayer”in oyununda!

Aut.az

Azərbaycan Premyer Liqasının 8-ci turunda neçə azarkeş qeydə alındı?

Aut.az

“Qarabağ” - “Vorskla”: İsraillilərə tapşırıldı

Aut.az