Millimizin futbolçusu türmədən xəbər göndərdi: "İstəyirəm ki…" - VİDEO

Müdriklərdən biri deyib ki, bilmədən edilən səhv yanlışlıq, qəsdən edilən səhv isə cinayətdir.
 
Elə onlar da törətdikləri yanlışlıqlara görə məhkum olunmuşlardır.
 
Bura el arasında "uşaq kolonu" kimi tanınan Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə Müəssisəsidi.
 
Kimisi 1 il, kimisi 7 ay, kimisi də 3 aydır ki, buradadır. Çox yaşları yoxdur onların. Bəzilərinin 14-15, bəzilərinin də 16-17 yaşı var. Yəni ən qayğısız, ən məsum, valideyn himayəsinə, valideyn sevgisinə ən çox ehtiyac duyduqları yaşdadırlar.
 
İndi onlar məktəbdə parta arxasında otura, məhəllədə yoldaşları ilə futbol oynaya, gəzə, yaxud da elə hansısa universitet otağının pəncərəsindən xoşlandıqları qıza  boylanıb baxa bilərdilər. Lakin onlar tərbiyə müəssisəsinin pəncələrindən mavi səmaya baxmağı seçdilər. Eynən qəfəsdəki quşlar kimidir indi onlar.
 
Kim bilir, bəlkə də beləsi onlar üçün daha xeyirlidir? Çünki onlar burda həm təhsil ala, idmanla məşğul ola, həm də  qeyri-adi bacarıqlarını, istedadlarını üzə çıxara bilirlər. O istedad ki, bəlkə də heç azadlıqda sahib olduqları bacarıqların fərqində olmayıblar. Onlar islah olunmağa söz veriblər, buradan tam sağlam düşüncəli, cəmiyyətə xeyirli şəxsiyyətlər kimi çıxmağı qarşılarına məqsəd qoyublar:
 
"Dərslərimiz asandır, yaxşı gedir. Çöldə bilmədiklərimizin çoxunu gəlib burda öyrənirik, yazırıq. Sağ olsun müəllimimiz, bəzi bölmələri bilmirdim, kömək edir. Şükür Allaha, indi yazıram. Bölmədir, indi çoxunu yazıram. Çöldə çox eləyə bilmirdim, amma burada yaza bilirəm. İstəyirəm azadlığa çıxım, yaxşı bir işdə işləyim. Hamı valideynlərinə qovuşsun, çalışsınlar ki, bizim kimi eləməsinlər. Dərslərini yazıb, axıra qədər oxusunlar".
 
Miqdar Məmmədov 3 aydır ki, tərbiyə müəssisəsindədir. Deyir, burada günlərini səmərəli keçirməyə çalışır: "Günlərim yaxşı keçir.  Boş vaxtlarımda oyun oynayırıq, dərsə gedirik, məşq edirik. Vaxt gözəl gedir. Bura düşəndən çox şeyi dəyərləndiririk ki, çölə çıxanda dərsimizi oxuyaq. Bizə savad çox lazım olacaq. Çöldə öyrənə bilmədiklərimizi burda öyrənməyə çalışırıq. Çölə çıxanda iş quracağıq, peşə sahibi olacağıq".
 
Miqdarı burada həm də peşəkar futbolçu kimi tanıyırlar. O, 8 il peşəkar futbolla məşğul olub. Müxtəlif vaxtlarda "Qarabağ", AZAL və "Keşlə"da oynayıb. Deyir, burada ən çox stadion üçün darıxır:
 
"İstəyirəm tez çıxım, gələcəyimi qurum, futbola gedim, məşqlərə gedim. 8 il millidə də oynamışam. 4-5 dəfə xaricdə də olmuşam. 2 yaş özümdən böyüklərlə oynamışam. Sankt-Peterbruqda oynayanda hətta erməni komandasına qol da vurmuşdum. Turun ən gözəl qolu seçilmişdi" (apatv).
 
Məşhur mahnıda da deyildiyi kimi, arzular çox, ömür az... Çalışaq ki, bu qısa ömür yolunda doğru cığırlarla addımlayaq. Unutmayaq ki, hər  öz şey vaxtında gözəldir...

 

Tarix: 11 İyun [17:40]
Oxunub: 62 dəfə
Müəllif: Aut.az

DÇ-2018: Kosta-Rika - Serbiya 0:1 - VİDEO

Aut.az

“Neftçili Yay Futbol Düşərgəsi” start götürdü - VİDEO

Aut.az

DÇ-2018: Peru - Danimarka 0:1 - VİDEO

Aut.az

DÇ-2018: Çeçenlər Salaha 100 kiloqramlıq tort hədiyyə ediblər - VİDEO

Aut.az

DÇ-2018: Argentina - İslandiya 1:1 - VİDEO

Aut.az

DÇ-2018: Fransa – Avstraliya 2:1 - VİDEO

Aut.az

Heydər Əliyev kuboku: Mükafatlandırma mərasimi - VİDEO

Aut.az

Mərakeş - İran 0:1 - VİDEO

Aut.az

DÇ-2018: Uruqvay - Misir 1:0 - VİDEO

Aut.az

MOİK - “Zaqatala” 0:1 - VİDEO

Aut.az