Məmmədyarov danışılmış oyunlarda ittiham edildi - ...və cavab verdi

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen iddia edib ki, rusiyalı Sergey Karyakin və azərbaycanlı Şəhriyar Məmmədyarov arasında Norveçin Stavanqer şəhərində keçirilən qarşılaşma danışılmış xarakter daşıya bilər. Karyakin və Məmmədyarov mayın 30-da baş tutan görüşdə heç-heçə ediblər. 

Karlsen bunları deyib:

“Mən bilirəm ki, Məmmədyarov və Karyakin əvvəlki turnirlərdə danışılmış oyunlarda iştirak edib. Onlar bu dəfə də razılaşıblarsa, mən heç təəccüblənmərəm. Amma mənim buna sübutum yoxdu. Ola bilsin ki, qarşılaşma zamanı baş verənləri diqqətlə izləmək lazımdı.

Xoşbəxtlikdən dünya çempionatında bunu etmək mümkün olmayıb, mən heç vaxt belə etməmişəm, amma bunu edənlərə mane olmaq da çətindi”.

Karyakin Karlsenin ittihamlarını rədd edərək deyib ki, Məmmədyarovla dostluq münasibətlərinə baxmayaraq, heç bir danışılmış oyundan söhbət gedə bilməz:

“Əlbəttə, biz razılaşmamışıq. Biz dostuq, amma bu yarışda hamı qələbə qazanmağa çalışır. Heç-heçə bizim heç birimizə sərf etmirdi.

Hərdən mənə də elə gəlir ki, bəzi oyunlar danışılmış olur”.

Norveç mətbuatına açıqlama verən Şəhriyar isə bunları deyib:

“Bəzən elə hallar olur ki, oyunlar əvvəlcədən razılaşdırılır. Ancaq bu, hər turnirdə olmur. Sadəcə, bəzən özünü yaxşı hiss etməyəndə, ya xəstə olanda, üstəlik, rəqibin də ağ fiqurlarla oynayırsa, belə hal yaşanır. Amma təbii ki, həm idman, həm də tamaşaçılar baxımından rəqabətin olması daha yaxşıdı. Şahmat oynamağa çalışmaq, nəticə göstərmək ən yaxşısıdı. Qaydalar da partiyaların əvvəlcədən razılaşdırılmasını aşkar şəkildə qadağan edir”.

Tarix: 6 İyun [10:30]
Oxunub: 72 dəfə
Müəllif: Aut.az

Azərbaycan millisinin üzvü 31 yaşında karyerasını bitirdi

Aut.az

Yığma komandanı Yay Olimpiya Oyunlarına ölkə ordusu hazırlayacaq - FOTO

Aut.az

PSJ-dən 37 milyon avroluq transfer

Aut.az

III Avropa Oyunları Rusiyada keçirilə bilər

Aut.az

“Neftçi” ilk oyunda 9 qola üzüldü

Aut.az

Həmyerlilərimizə Avropa çempionatına təyinat

Aut.az

Günün oyunları - TV

Aut.az

Hokkey Qış Olimpiya Oyunlarının proqramından çıxarılır

Aut.az

Ramil Quliyev daha bir uğura imza atdı

Aut.az

Xəzərin 112 metr dərinliyində

Aut.az