Dünya çempionatının açılışı oldu - Bakıda

Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının açılış mərasimi olub.

Tədbirdə yarışın təşkilat komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) rəhbər komitəsinin üzvü, dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış işçi qrupunun rəhbəri Sahib Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak ediblər.

Açılış mərasimində dünya çempionatının iştirakçılarını salamlayan Yaqub Eyyubov Azərbaycanın nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq deyib:

“Böyük yarışların təşkilatçılığının Azərbaycana həvalə olunması ölkəmizin gündən-günə çiçəklənməsinin və inkişafının bariz nümunəsidi. Bakı-2015 ilk Avropa Oyunları, Bakı-2017 İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlar Azərbaycanda yüksək səviyyədə təşkil edilib. İdmanın bütün növlərinin inkişafına qayğı ilə yanaşan Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış təşkilat komitəsi turnirin yüksək səviyyədə keçirilməsini təmin edəcək. Yarış meydançası bütün tələblərə cavab verir. İdmançılara uğurlar və qələbə sevinci arzulayır, yarışı açıq elan edirəm”.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Açılış mərasimindən sonra “Challenge” kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələrin, həmçinin veteranların mübarizəsinə start verilib.

İyunun 9-dək davam edəcək mötəbər yarışda 43 ölkədən 1500-dən artıq idmançı mübarizəyə aparacaq.

Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunur. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.

Tarix: 5 İyun [14:00]
Oxunub: 25 dəfə
Müəllif: Aut.az

Millimizin üzvü Rumıniya klubunda!

Aut.az

Günün oyunları - TV

Aut.az

Günün oyunları - TV

Aut.az

Məşhur döyüşçüyə Rusiya pasportu verildi

Aut.az

Millimizin üzvü İtaliya klubu ilə müqavilə bağladı - FOTOLAR

Aut.az

Elvin Məmmədovun yeni klubu bəlli oldu - Rəsmi

Aut.az

Patrik Vieyra "Nitsa"da

Aut.az

Dünyaca məşhur boksçular döyüşü buraxıb, onları izlədilər

Aut.az

"Qalatasaray"da gözlənilməz ayrılıq

Aut.az

Elnur Alıyevə vəzifə verildi

Aut.az