Salah mundialda oynayacaq? Əziz açıqladı

Dünən Çempionlar Liqasının “Real”la final oyununda zədələnən “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salahın gələn ay Rusiyada keçiriləcək dünya çempionatında oynayıb-oynamayacağına aydınlıq gəlib.

25 yaşlı futbolçu yığma ilə birlikdə mundialda yer alacaq. İdman naziri Xalid Abdül Əziz bildirib ki, Salahın sağalması üçün 2 həftə vaxt lazımdır:
 
“Salaha bir neçə gün istirahət verəcəklər. Həmin ərəfədə müalicənin birinci mərhələsi olacaq. Bundan sonra o, komandaya qoşulacaq. Məhəmmədin Misir millisinin dünya çempionatına gedəcək yekun heyətində yer almasına heç nə mane olmamalıdır”.

Qeyd edək ki, dünən “Liverpul”un 1:3 hesabı ilə uduzduğu matçın 29-cu dəqiqəində çiynindən zədə alan Salahın DÇ-2018-i buraxacağı bildirilmişdi.
Tarix: 27 May [14:00]
Oxunub: 215 dəfə
Müəllif: Aut.az

Jervinyo "Parma"da

Aut.az

Mourinyo Abdullah Avcı ilə görüşdü

Aut.az

FİFA-dan 4 kluba cəza

Aut.az

"Mançester Siti"dən "Seltik"ə

Aut.az

Hafiz Məmmədov “Atletiko”nu təbrik etdi: “Bu, böyük uğurdu”

Aut.az

"Milan"ın sabiq üzvü “Ankaragücü”ndə

Aut.az

Çempionlar Liqasının oyunları “facebook”da!

Aut.az

Cüneyt Çakır Londonda Super Kubok matçını idarə edəcək

Aut.az

"Şerif" “Qarabağ” üçün 25 futbolçu sifariş etdi SİYAHI

Aut.az

Sərdar Sərdarov "Krakoviya"da

Aut.az