Kolumbiya yığmasını DÇ-yə 30 min nəfər yola saldı

Rusiyada keçiriləcək dünya çempionatında çıxış edəcək Kolumbiya yığması paytaxt Boqotada kolumbiyalılarla görüşüb.
 
H qrupunda Yaponiya, Polşa və Seneqalla mübarizə aparacaq Kolumbiya yığması üçün "El kampin" stadionunda təşkil edilən mərazimi 30 min nəfərə yaxın azarkeş izləyib. 
 
Mərasimin başlamasına bir neçə saat qalmış stadiona toplaşan tərəfdarlar "Tiqre" (pələng) ləqəbli yığmanın kapitanı Radamel Falkao, "Bavariya"nın ulduzu Xames Rodriges, "Arsenal"ın qapıçısı David Ospina və "Barselona"da çıxış edən Yerri Minaya xüsusi sevgi nümayiş etdirib. 
 
Futbolçuların öz aralarında keçirdikləri "vida qarşılaşması"nın ardından meydana girərək onu qucaqlayan azyaşlı tərəfdara öz formasını verən Xames alqışlanıb. 
 
Bütün bunlarla yanaşı Kolumbiyanın məşhur müğənnisi Maluma da konsert verib. Qrupdakı ilk matçını iyunun 19-da keçirəcək Kolumbiya yığmasını iki gün əvvəl ölkə prezidenti Xuan manuel Santos tərəfindən də qəbul edilmişdi.
Tarix: 26 May [17:00]
Oxunub: 134 dəfə
Müəllif: Aut.az

La Liqanın bəzi oyunları ABŞ və Kanadada

Aut.az

Kosta rikalı futbolçu “Göztəpə”də

Aut.az

İsveç millisinin üzvü “Sampdoriya”da

Aut.az

"Milan"dan iki önəmli transfer

Aut.az

"Everton" dan ÇSKA-ya

Aut.az

İstanbulda keçiriləcək UEFA superkubokunun vaxtı açıqlandı

Aut.az

“Klimanrok”dan "Traxtorsazi"yə

Aut.az

Oyun vaxtı futbol əvəzinə erotika

Aut.az

“Roma”dan “Peruca”ya

Aut.az

"Mançester Siti" aparıcı futbolçusunu itirdi

Aut.az