Əhalisi səfalət içində yaşayan ölkə "Arsenal"ın sponsoru oldu

Şərqi Afrika ökələrindən olan Ruanda İngiltərənin "Arsenal" klubuna sponsorluq edəcək.
 
Bundan sonra London klubunun əsas, gənclər və qadın komandalarının formalarının qol hissəsində "Visit Rwanda" (Ruandanı ziyarət edin) yazılacaq. 
 
 
Ölkənin bu reklam anlaşmasına görə, "Arsenal"a ildə 13 milyon dollar ödəyəcəyi deyilir. Bu Premyer Liqada formanın qoluna vurulan reklama görə indiyədək imzalanmış ən bahalı anlaşmadı. 
 
Uzun illər vətəndaş müharibələrinə və soyqırımılara məruz qalan ölkənin məqsədi turist cəlb etməkdi. Ruanda dünyanın ən kasıb ökələrindən biri hesab olunur. 12 milyondan artıq əhalisi olan ölkədə illik maaş orta hesabla 754 dollardı. "Arsenal"a ödəniləcək məbləğ 17241 nəfərin 1 illik qazancına bərabərdi. 
 
Qeyd edək ki, Ruanda prezidenti Paul Kaqame çılğın "Arsenal" fanatıdı. Hətta o, bir müddət əvvəl verdiyi açıqlamasında "Mənim sevimli klubum "Arsenal" Arsen Venger kimi bir məşqçini belə yola salmamalı idi. Venger "Arsenal"dan kuboksuz ayrılır. Bunun günahkarı klubun sahibləridi" demişdi.
Tarix: 26 May [16:40]
Oxunub: 132 dəfə
Müəllif: Aut.az

DÇ-2018: Almaniya Meksikaya uduzdu

Aut.az

33 minə bilet aldı, stadionda yerini tapa bilmədi - FOTO

Aut.az

DÇ-2018: Serbiya uddu

Aut.az

A Seriyasına son vəsiqə sahibini tapdı

Aut.az

İlkay Gündoğanın maşınına hücum - Rəcəb Tayyib Ərdoğana görə

Aut.az

DÇ-2018: Peru - Danimarka matçının ən yaxşısı

Aut.az

DÇ-2018: Peru uduzdu

Aut.az

DÇ-2018: Mundialın oyunlarını türmədən şərh edəcək

Aut.az

Azərbaycanda azarkeşi döyən futbolçu Georgi Hacinin komandasına transfer oldu

Aut.az

Rüfət Dadaşov yeni komandasına qoşuldu

Aut.az