Çempionlar Liqasında final günü: "Real", yoxsa "Liverpul"?

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün final oyunu keçiriləcək. 
 
Kiyevdəki Olimpiya stadionunda baş tutacaq həlledici qarşılaşmada "Real”la "Liverpul” üz-üzə gələcək.
 
Bir tərəfdə iki ildi kuboku heç kimə verməyən "Kral Klubu”, digər tərəfdə isə 11 ildən sonra finalda oynamaq şansı qazanan "qırmızılar”...
 
12 dəfə turniri zirvədə tamamlayaraq mütləq rekordçu olan "Real” ardıcıl 3-cü dəfə evə kubokla dönmək niyyətindədisə, ÇL-in beşqat qalibi "Liverpul” möhtəşəm hücum "trio”sunun sayəsində 13 illik həsrətə son qoymağı hədəfləyir.
 
Rəqibindən fərqli, "Real” Ukraynaya tam heyətlə yollanıb. Bütün futbolçuların yaxşı formada olması Zidanı çətin seçim qarşısında qoyub. "Liverpul”da isə zədəsini sağaldan Əmrə Can görüşün iştirak ərizəsinə salınıb. Əvəzində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çamberlayn zədə ucbatından meydana çıxa bilməyəcək.
 
Qeyd edək ki, hazırda Çempionlar Liqasının bombadirlər yarışına 15 qolla "Real"dan Kriştiano Ronaldo başçılıq edir. Növbəti 3 pilləni "Liverpul"un ulduzları tutur. Belə ki, misirli Məhəmməd Salah və braziliyalı Roberto Firmino 10, seneqallı Sadio Mane 9 qol vurub.
 
Çempionlar Liqası
2017/18 mövsümü
Final
 
26 may
22.45 Real (İspaniya) - Liverpul (İngiltərə)
Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Curceviç (Serbiya), Klement Turpin (Fransa).
Əlavə köməkçi hakimlər: Nenad Cokiç, Danilo Qruyiç (Serbiya).
Kiyev. Olimpiya stadionu.
Tarix: 26 May [13:20]
Oxunub: 133 dəfə
Müəllif: Aut.az

Jervinyo "Parma"da

Aut.az

Mourinyo Abdullah Avcı ilə görüşdü

Aut.az

FİFA-dan 4 kluba cəza

Aut.az

"Mançester Siti"dən "Seltik"ə

Aut.az

Hafiz Məmmədov “Atletiko”nu təbrik etdi: “Bu, böyük uğurdu”

Aut.az

"Milan"ın sabiq üzvü “Ankaragücü”ndə

Aut.az

Çempionlar Liqasının oyunları “facebook”da!

Aut.az

Cüneyt Çakır Londonda Super Kubok matçını idarə edəcək

Aut.az

"Şerif" “Qarabağ” üçün 25 futbolçu sifariş etdi SİYAHI

Aut.az

Sərdar Sərdarov "Krakoviya"da

Aut.az