“Neftçi” gözləyir: öncə baş məşqçi müəyyənləşəcək, sonra islahat başlayacaq

“Neftçi”də sakitlik daha 4 gün davam edəcək. Bürünc medalın qazanıldığı mövsümün sonunda istirahətə çəkilən klubda vacib qərarlar məhz yeni iş həftəsinin əvvəlində veriləcək.
 
Əslində, istirahətdən danışarkən bunu yalnız futbolçulara aid etməliyik. Klub rəsmiləri cari problemlərin həlliylə məşğuldu və boş dayanmırlar.
 
Son günlər bir neçə futbolçunun adı paytaxt təmsilçisi ilə yanaşı hallanır. Dario Federiko və Tural Axundovla danışıqların davam etdiyi, “Qarabağ”dan ayrılan əksər oyunçuların məhz “Neftçi”yə üz tutacağı haqda söhbətlər səngimir. Lakin bütün bunlar yalnız söz-söhbətdi.
 
Bizdə olan bilgiyə görə, “Neftçi” rəhbərliyi sələflərinin səhvlərini təkrarlamaq istəmir. Öncə baş məşqçi məsələsində yekun qərara gəlinməlidi. May bitincə Tərlan Əhmədovun müqaviləsi də yekunlaşır. Məhz həmin vaxt onunla anlaşmanın uzadılacağı, yoxsa yeni məşqçiylə yola davam ediləcəyi dəqiqləşəcək. Transferlər də bundan sonra, məhz məşqçinin tələbinə uyğun ediləcək.
 
Əhmədov postunda qalarsa, heyətdən uzaqlaşdırılanların sayı çox olmayacaq və yeni transfer siyasəti də buna uyğun planlaşdırılacaq. Yeni məşqçi gələcəyi təqdirdə isə islahatların miqyası məhz onun istəyinə görə müəyyənləşdiriləcək. Bəli, “Neftçi” Dario ilə Turala təklif göndərib, lakin bu futbolçulara da məşqçi seçimini gözləmək məsləhət bilinib.
 
Heyətdən uzaqlaşdırılan İqnasio Erreraya gəlincə, bu qərarı futbolçu özü verib. Maaşının yarıbayarı azaldılmasından narazı olan cənubi amerikalı yarımmüdafiəçi yeni anlaşmaya razılıq verməyib. Bu oyunçunun gedişini “Neftçi” üçün itki saya bilmərik. Rəhbərlik bir çox digər futbolçunun da əməkhaqqına əl gəzdirəcək. Əvvəlki rəhbərliyin dövründə layiq olduğundan artıq qiymətləndirilən bəzi oyunçulara qarşı “azaltma siyasəti” həm də heyətin daha yaxşı futbolçularla gücləndirilməsinə xidmət edəcək.
 
Əksər əcnəbi futbolçularla vidalaşmaq, Lukas Qomes, Qato, Mayk Kampas kimi xeyir vermədən çox yüksək maaş alan oyunçularla müqavilələrin pozulması daha keyfiyyətli legionerlərin alınmasına hesablanıb. “Neftçi” məşqçi məsələsini həll etməklə yanaşı, artıq yükdən də qurtulmalı olacaq. Belələri varkən, məşqçinin kimliyi bilinmədən yeni transferlər edilməsi doğru olmazdı. Rəhbərlik də bunu nəzərə alaraq, hələ heç bir futbolçu ilə razılığa gəlməyib.
 
“Qarabağ”dan ayrılan oyunçularla bağlı isə ümumiyyətlə, hansısa plan yoxdu. “Neftçi” onların əksəriyyətini özü üçün yararsız hesab edir. Məsələn, Ramil Şeydayevin transferi ümumiyyətlə, planda yoxdu. 50 min dollar aylıq maaş istəyən hücumçunun tələbi ilə bacarığı üst-üstə düşmür. Eləcə də ötən il “Neftçi”ni aldadan Ağabala Ramazanova növbəti təklif göndərilməyəcək. Qalan oyunçuların da paytaxt klubunda olmayacağı böyük ehtimaldı.
 
Hazırda “Neftçi” üçün prioritet məsələ məşqçi seçimidi. Bu problem həllini tapan kimi yeni heyət quruculuğu başlanacaq. Rəhbərliyin izlədiyi bir çox oyunçular çalışdırıcıya təklif olunacaq, eyni zamanda onun tələbləri nəzərə alınacaq.(futbolinfo)
Tarix: 25 May [13:45]
Oxunub: 201 dəfə
Müəllif: Aut.az

Orxan Sadıqlı “Sumqayıt”da - Rəsmi

Aut.az

“Qarabağ” Emeqarasız neçə oyun keçirəcək?

Aut.az

"Futbol saatı" qayıdır

Aut.az

Azərbaycan millisinə 23 futbolçu çağırıldı

Aut.az

Ruslan Əmircanovun yeni klubu müəyyənləşdi

Aut.az

Premyer Liqamızda 2-ci turun - hakim təyinatları

Aut.az

Avroliqanın püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir iştirak edəcək

Aut.az

“Qarabağ” - “Şerif” matçlarının başlama saatı açıqlandı

Aut.az

Ramil Şeydayev "Krılya Sovetov"da - Rəsmi

Aut.az

Birinci divizionda yeni mövsümün TƏQVİMİ

Aut.az