Rüstəm Allahverdiyev: "Əslində bu "Neftçi"yə zərbədi"

"Neftçi" baş məşqçisi Tərlan Əhmədovla hələ müqavilə yeniləməyə tələsmir. Elə Tərlan bəy də son müsahibəsində bildirmişdi ki, klubdan ona yeni müqavilə təklif olunmayıb. Bəs məsələ nə yerdə qaldı?
 
Bu haqda öyrənmək üçün klubu mətbuat katibi Rüstəm Allahverdiyevlə danışdıq. Rüstəm bəy Sport7.az-a açıqlamasında bunları söylədi:
 
"Bununla bağlı yaxın günlərdə qərar veriləcək. Rəhbərliyin əvəzindən sizə heç nə deyə bilmərəm. Hazrda müzakirələr gedir, nəticəsi açıqlanacaq. Yəqin ki, müzakirə gedirsə, Tərlan bəy qalmaq istəyir. Bu, subyektiv fikrimdi. 
 
Hazırlıqlara gəlincə, hazırda bizim üçün prioritet olan məsələ baş məşqçinin müəyyənləşməsidi. Mətbuatda hər şey yazırlar. "Qarabağ"dan, "Sumqayıt"dan kim çıxırsa, yazırlar ki, "Neftçi"yə gəlir. Menecerləri, elə futbolçular özləri də "Neftçi"nin adın çəkirlər. Çünki bu qiymət qaldırılması deməkdi. Əslində bu, "Neftçi"yə zərbədi. "Sumqayıt"a lazım olmayan futbolçu bizə niyə lazım olsun ki? Bu da istər istəməz azarkeşlərimizi qıcıqlandırır ki, "Neftçi" belə futbolçuları niyə alır? Hələ rəsmi heç nə açıqlamamışıq, transfer də yoxdu. Kimsə yalan informasiya verir, jurnalistlər də yazır. Hazırda gözləyirik ki, baş məşqçi ilə bağlı konkret qərar verilsin. Daha sonra yay hazırlıq planımızı açıqlayaq. Bütün bunlar baş məşçqi ilə razılaşdırılmalıdı. Çünki komandaya baş məşqçi cavabdehlik daşıyacaq. Klub rəhbərliyinin məşqçinin işinə müdaxilə etmək fikri yoxdu. Hazırda komanda istirahətdədi. Çox güman bu istirahət iyunun 10-a qədər davam edəcək. Yəqin ki, iyunun əvvəlində qərarımızı açıqlayacağıq".
Tarix: 24 May [15:10]
Oxunub: 197 dəfə
Müəllif: Aut.az

Elxan Məmmədovun sayəsində ¾

Aut.az

145 gündü...

Aut.az

"Qarabağ" - "Vorskla": nə qədər bilet satılıb?

Aut.az

AFFA “Qarabağ”ı necə boğur?

Aut.az

"Qarabağ" azarkeşlərə müraciət etdi

Aut.az

Azərbaycan millisi Norveçə böyük hesabla uduzdu

Aut.az

AFFA baş məşqçini 5, 4 futbolçunu isə 9 oyunluq cəzalandırdı

Aut.az

"Qarabağ"ın protokol olayının bir tək günahkarı Vaqif Sadıqovdu

Aut.az

Rəşad Sadiqov Premyer Liqada məşqçi dəyişir?!

Aut.az

Öncə Qurban Qurbanov, sonra Saçko

Aut.az