Türkiyə ilə Portuqaliya arasında SEÇİM - Kiyevdə gərgin mübarizə

Bu gün Ukraynanın paytaxtı Kiyevdə UEFA İdarə heyətinin toplantısı keçiriləcək.
Toplantıda 2020 Çempionlar Liqasının final matçına ev sahibliyi edəcək namizədlərin səsverməsi baş tutacaq.
Bu kateqoriyaya iki namizəd var: İstanbul şəhərindəki “Atatürk Olimpiya Stadionu” və Lissabondakı “Luz” stadionu. 76 000 nəfər tutumu olan “Atatürk” stadionu daha öncə - 2005-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edib. “Milan” qarşısında 3:0 hesabı ilə uduzan “Liverpul” matçın taleyini dəyişərək hesabı bərabərləşdirib, penaltilər seriyasında qalib gələrək kuboku əldə edib. Digər bir namizəd olan “Luz” stadionu isə 2014-cü ildə ali turnirin finalına qapılarını açıb, “Real Madrid”lə “Atletiko” arasında baş tutan matçda “Kral Klubu” qalib gəlib.
Toplantıda, əlavə olaraq, Maliyyə Fair Pleyi qaydalarının yeni versiyası ilə AVRO 2020 matç təqvimi gündəm müzakirələr sırasında yer alacaq.
Tarix: 24 May [13:15]
Oxunub: 63 dəfə
Müəllif: Aut.az

Cərimələndi - tıxaca görə

Aut.az

"Qalatasaray"ın yeni sponsoru bukmeker kontoru oldu

Aut.az

Millinin futbolçusu ölümlə təhdid olundu

Aut.az

Arda Turana daha bir zərbə qayınatasından gəldi

Aut.az

Şeydayevə yenə şans verilmədi

Aut.az

Hollandiya və Belçika çempionatları birləşdirilir

Aut.az

Məşhur futbolçu ölən azarkeşin adını qoluna həkk etdirdi

Aut.az

20 yaşlı futbolçu adını Bundesliqa tarixinə yazdırdı

Aut.az

Əzizov oynamadı

Aut.az

Nazarovlu “Ersgebirge” səfərdə 1 xal qazandı

Aut.az