AFFA qazonları sevgidən yox, məcburiyyətdən dəyişir

AFFA İcraiyyə Komitəsinin son iclasında bəlli oldu ki, daha 3 stadionun ot örtüyü dəyişdiriləcək. Assosiasiya Zirə və Sumqayıtda, eləcə də “İnter Arena”da süni qazonu təbii otla əvəzləyəcək.
 
Bütün bunlar AFFA-nın ölkə futboluna qayğısı kimi qələmə verilsə də, əslində, burada məcburiyyət də var. Belə ki, Avro-2020-nin final mərhələsinin bir qrupunun oyunları, eləcə də ¼ final matçı Bakıda keçiriləcəyindən futbol qurumumuz belə addım atmağa məcburdu. Qrup oyunları üçün 4 komandanın ölkəmizə gələcəyini nəzərə alsaq, onlar üçün şərait yaradılmalıdı.
 
Düzdü, Respublika stadionu və BOS matçların təşkilini üzərinə götürəcək. Lakin bununla yanaşı, qitənin adlı-sanlı millilərinin məşqi üçün də kifayət qədər meydança olmalıdı. “Dalğa Arena” və “Bakcell Arena” tələbatı ödəmək üçün yetərli deyil. Düzdü, BOS-un ehtiyat meydanları, “Azərsun Arena” da var. Lakin onlardan hansısa sıradan çıxa və ya qonaqların xoşuna gəlməyə bilər. Ona görə variant çox olmalı, seçim imkanı yaradılmalıdı. AFFA da bunu nəzərə alaraq, daha 3 arenada təbii ot örtüyü salır.
 
Vaxtilə AFFA-nın baş katibi Elxan Məmmədovun xeyir-duası ilə süni örtüyə bürünmüş meydançalar o vaxt olduğu kimi yenə də bir qrup monopolistlərin cibinin dolmasına yardım edəcək. Bir əldən maliyyələşmə və işin təşkili ciddi şübhə doğurur. Prosesi ciddi izləsək, ola bilsin, bir iş üçün həm SOCAR-dan, həm də qrup oyunlarının təşkili üçün maliyyə ayıracaq UEFA-dan – deməli, iki mənbədən pul ödəndiyini görə bilərik.
 
Tarix: 18 May [13:20]
Oxunub: 101 dəfə
Müəllif: Aut.az

Ramil Şeydayev "Krılya Sovetov"da - Rəsmi

Aut.az

Birinci divizionda yeni mövsümün TƏQVİMİ

Aut.az

FIFA "DÇ-2018"dən sonra ilk dəfə reytinqi açıqladı: Azərbaycan neçənci oldu?

Aut.az

"Qarabağ"ın legioneri karyerasını bitirib rejissor olacaq

Aut.az

Yığmamızın üzvləri Belarusda "Qarabağ"ı dəstəkləyəcək

Aut.az

Milimiz Belarusa qalib gəldi

Aut.az

“Keşlə”dən 2 transfer Rəsmi

Aut.az

Tərlan Əhmədov sükutu pozdu: " Heç nə başa düşmədim"

Aut.az

“Sabah” “Qaradağ Lökbatan”a qaib gəldi

Aut.az

Halldorsson: “Qarabağ”ın qalib gələcəyinə inanırıq”

Aut.az