Elxan Məmmədov “Sumqayıt”ı Avropa Liqası üçün yumruğa çevirdi

Azərbaycan Premyer Liqasının son turu “Sumqayıt”ın taleyi baxımından çox önəmlidi. Yalnız qələbə Samir Abasovun yetirmələrinin Avropa Liqası şansını saxlamasına kömək edə bilər. “Neftçi”nin Gəncədə büdrəmək ehtimalının az olduğunu nəzərə alsaq, “kimyaçılar” “Zirə”ni yenib, 4-cü pilləni tutmalı, sonra isə ölkə kubokunu “Qəbələ”nin qazanmasını gözləməlidilər.
 
Lakin iş ondadı ki, “Sumqayıt” 4 turdu qələbə üzü görmür və ardıcıl 3 ev oyununda xalsız qalıb. Komandada xaos hökm sürür. Rəhbərlik, məşqçilər və rəhbərlik – sanki hərəsi ayrı-ayrılıqda özünü düşünür. Prezident postuna Riad Rəfiyevin gəlişindən sonra klub bir yumruq ola bilmir. Məşqçi də, futbolçular da yeni klub axtarışındadı və yeni təkliflər onların beynini məşğul edib.
 
Bütün bunlar təbii ki, nəticələrdə əksini tapır. Rəhbərlik komandanı toparlaya bilmir və ötən tur komanda 3-cü pilləni 5-ə dəyişməklə avrokubok zonasından kənar düşdü. Önə buraxılan “Zirə”yə axırıncı matçda heç-heçə də sərfəlidi.
 
Futbolinfo.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov vəziyyətin kritik həddə çatdığını görərək müdaxilə etmək qərarı verib. O, “Sumqayıt”a göndərdiyi sadiq kadrı Rəfiyevin bacarıqsızlığını ört-basdır etmək üçün həm onu, həm də Abasovu həftənin əvvəlində qəbuluna çağırıb. Həm Riadı sumqayıtlı azarkeşlərin qəzəbindən qurtarmaq, həm də avrokuboklara 3 müstəqil klubun getməsinin qarşısını almaq üçün Məmmədov plan cızıb.
 
Nəzarətində olan azı 2 komandanı Avropa Liqasında görmək istəyən katib Rəfiyevlə Abasova həm məsləhət, həm də qulaqburması verib. Samirin mətbuata son açıqlaması da bunda rol oynayıb. Məşqçi son turdan sonra çox şeyi açıqlayacağını bəyan etmişdi. Sabiq prezident Kamran Quliyevlə bağlı da tez-tez incik danışan Abasovun kimləri ifşa edəcəyi təqribən bəlli idi. Məmmədov qalmaqalın böyüməsinin ona da təsir edəcəyini bildiyindən qayğıkeş ata kimi davranıb.
 
Katibin məsləhətləri tezliklə əksini mətbutda tapdı. Samirin son müsahibəsindən görünür ki, onu AFFA-da yaxşıca “rəndələyiblər”. Artıq o da fərqli danışır.
 
“Biz bu oyunu çıxarmalıyıq. Belə bir söhbətlərimiz oldu. Meydançadan kənarda hamımız dil ustasıyıq. Danışmaq üçün. Elə eləyəcəyik, belə eləyəcəyik… Meydançaya çıxanda isə ümumiyyətlə, ab-hava təmiz dəyişilir.
Bir çətinlikdi, düşmüşük ora. İnşallah, öhdəsindən gələcəyik. Məşqçilər olaraq “Zirə” ilə oyunadək komandanı bu ab-havadan çıxarmağa çalışacağıq. Görək!
İki illik müqavilə təklif elədilər, şərtləri dedilər. İzah etdilər ki, komanda avrokuboklara vəsiqə qazansa, filan-filan şeylər olacaq. Əsas da futbolçular baxımından. Avrokuboklara vəsiqə qazanmasaq, nələr olacağını da açıqladılar. Mayın 20-dən sonra bu söhbətə bir də qayıdacağıq və ümumi məsələlərin hamısına birdəfəlik aydınlıq gətirəcəyik. Mətbuat da həmin vaxt biləcək ki, vəziyyət nə yerdədi. Aramızda pul söhbəti olmayıb və mən bundan sonra da bu haqda danışmayacam. Çünki əsas işdi, biz nə isə eləməliyik.
Şükür, hazırda hər şey müsbətə doğru gedir və gedəcək. Özünüz bilirsiz, Azərbaycan futbolunda hər şey bir anın içində dəyişə bilər. Mən tərəfdən yox, klub tərəfdən. Allah eləməsin, Avropaya çıxmasaq, nələr olacaq… Gələn həftənin ortası hər şey bilinəcək.
Deyirlər ki, Samir Abasov legionerdən danışırsa, hökmən onun da komandasında bir dənə sarı, bir dənə qara olmasını istəyir. Yox! Sadəcə, mən komandamda yaxşı futbolçuların olmasının tərəfdarıyam. Bunu da mən ancaq qıraqdan gətirilən futbolçuların timsalında görürəm. Rəhbərlikdə söhbətimdə əsasən bu mövzuya toxunmuşam. Onlarla büdcədən danışıb, bəlkə də azərbaycanlı futbolçulardan daha aşağı qiymətə, amma səviyyəli legionerlər gətirməyin mümkünlüyünü bildirmişəm. Demişəm ki, çıxış yolu legioner dəvət etməkdədi. Mənə söz veriblər ki, çempionat qurtarandan sonra bu söhbətlərə qayıdacağıq. Rəhbərlikdən yeganə istəyim “Sumqayıt”da yaxşı futbolçuların yığılması və yaxşı komanda yaratmaq olub.
Mənim “Azərikimya”nın yeni rəhbərliyi ilə görüşüm və danışığım olmayıb. Əvvəl belə idi - bizə deyirdilər ki, filan vaxtı şirkət rəhbərliyi ilə yığışıb, filan məsələləri müzakirə edəcəyik. Kamran Quliyevin vaxtında həmişə belə olub. Kamran müəllimlə bütün məsələləri ən son nöqtəyə kimi danışırdıq, planlarımızı aydınlaşdırırdıq, sonra gedirdik ümumi görüşə. Bu da əsasən transferlərlə, təlim-məşq toplanışlarıyla, yeni mövsümlə bağlı məqsədlərə görə olurdu. Mən hələlik yeni prezidentimiz Riad Rəfiyevlə danışmışam. Komandayla bağlı nə lazımdısa, ona demişəm. Vallah, prezidentimizin onlala görüşməsindən də xəbərim yoxdu.
İstər Kamran Quliyev, istərsə də Ceyhun Sultanov komanda üçün əllərindən gələni edirdilər. Bu, danılmaz faktdı. İndi desəm ki, onlar “Sumqayıt”da qalsaydı, nələrsə dəyişəcəkdi, bunu yalan söyləmiş olaram. Görünən tərəf odu ki, bu gün Riad müəllim də komanda üçün əlindən gələni edir, çalışır. Klub tərəfdən əvvəl nə edilirdisə, hazırda da o olur. Məsəlçün, maaş və mükafatların verilməsi. Bəlkə bəzi şeylər var ki, dəyişib. Hə, mükafat əvvəl 10 manat idisə, son oyunlara görə bəlkə 11 manata qalxa. Belə götürəndə, dəyişiklər yoxdu. Sadəcə, futbolçular çıxıb oynamalıdı, vəssalam! Açığı, mən bir məşqçi kimi gözləyirdim ki, bizdə də haçansa qırılma nöqtəsi olacaq. Çünki oyunlar vaxtı elə anlar olur ki, hər xətdə liderlərə, oyunu öz üzərinə götürən futbolçulara sənin ehtiyacın yaranır. Bu, bizdə olmadığından, fikirləşirdim ki, həmin vəziyyət hardasa gəlib qabağımıza çıxacaq. Ən pisi odu ki, qırılma nöqtəsi sezonun axırına, ən lazımlı oyunlar vaxtına təsadüf etdi. Təkəbbürlükdən uzaq olsun, demirəm ki, mən beləyəm, mən eləyəm. Mən təzə başlayanlardan, hələ məşqçilikdə heç nə eləməmişəm biri kimi deyirəm ki, burda bir komanda var, burda bir baş məşqçi var. Yəni ki, onlar bu situasiyaya girdilər və onlar bu situasiyadan çıxmalıdılar. Çünki indiki situasiyanı burda bir baş məşqçi və onun komandası yaratdı. Yük bizlərin boyunundadı. İstər əvvəl olsun, istər indi olsun. Bax, budu vəziyyət!”
 
Komandanın kapitanlarından olan Rail Məlikov da uğursuzluğu malalayan açıqlama verib və səbəbi bəxtsizliyə bağlayıb: “Bizi nə sıxan var, də təzyiq göstərən. Bizim baş məşqçimiz, rəhbərliyimiz var. Hamımız da qələbə qazanıb komandanı daha da irəli aparmaq istəyirik. Kənar qüvvələr bizə heç nə demir, heç nə etmir. Mən hər şeyi şanssızlıqla əlaqələndirirəm. Yaxşı şansımız var idi. Əlimizə düşən fürsətləri boşa verdiyimiz üçün bu yerə gəlib çıxdıq. Adımıza çıxarılan xəbərlər gülməli şeylərdir. Bunu heç bir insana yaraşdırmıram”.
 
Beləliklə, Elxan bəyin tapşırığı, məsləhəti və qulaqburmasından sonra “Sumqayıt”dan fərqli tonlu açıqlamalar gəlir. Katib sevimli kadrına tapşırdığı komandanı “Zirə” ilə matçöncəsi yumruq kimi birləşdirməyə cəhd edib və buna nail olub.(futbolinfo)
 
VACİB QEYD: Məmmədov bunu etməlidimi – bax, bu sualın cavabını Azərbaycanda bir cür, başqa ölkələrdə ayrı cür cavablandırarlar...
Tarix: 18 May [12:45]
Oxunub: 186 dəfə
Müəllif: Aut.az

Ramil Şeydayev "Krılya Sovetov"da - Rəsmi

Aut.az

Birinci divizionda yeni mövsümün TƏQVİMİ

Aut.az

FIFA "DÇ-2018"dən sonra ilk dəfə reytinqi açıqladı: Azərbaycan neçənci oldu?

Aut.az

"Qarabağ"ın legioneri karyerasını bitirib rejissor olacaq

Aut.az

Yığmamızın üzvləri Belarusda "Qarabağ"ı dəstəkləyəcək

Aut.az

Milimiz Belarusa qalib gəldi

Aut.az

“Keşlə”dən 2 transfer Rəsmi

Aut.az

Tərlan Əhmədov sükutu pozdu: " Heç nə başa düşmədim"

Aut.az

“Sabah” “Qaradağ Lökbatan”a qaib gəldi

Aut.az

Halldorsson: “Qarabağ”ın qalib gələcəyinə inanırıq”

Aut.az