“Qarabağ”ın futbolçuları cəbhə bölgəsində - FOTOLAR

Bu mövsüm növbəti dəfə Azərbaycan çempionu adını qazanan “Qarabağ” bu uğurunu qeyd etmək üçün bu gün Ağdama səfər edib.
 
Ağdam klubu ardıcıl 5-ci çempionluğunu cəbhə bölgəsində qeyd edib. Belə ki, komandanın futbolçularından İbrahim Şehiç, Maksim Medvedev, Qara Qarayev, Coşqun Diniyev və Elvin Yunuszadə cəbhə bölgəsində yerləşən N saylı korpusun qonağı olub.
 
Onları N saylı hərbi hissənin komandiri, general-mayor Hikmət Həsənov qarşılayıb. Həsənov futbolçularla söhbətində daim “Qarabağ”ın oyunlarını izlədiyini və qazandığı uğurlara sevindiyini dilə gətirib. Futbolçular da daim Qarabağ uğrunda döyüşməyə hazır olduqlarını bildiriblər. Hərbi hissə komandirinə “Qarabağ”ın Çempionlar Liqasında geyindiyi forma, şarf və top hədiyyə olunub.
Düşmənlə yaxın məsafədə yerləşən hərbi hissəyə baş çəkən futbolçular buradakı şəraitlə yaxından tanış olublar. Daha sonra komanda üzvləri əsgərlərə hədiyyələrini təqdim edib, şəkillər çəkdirib. Sonda isə bir qrup əsgər futbolçularla birlikdə topla məharətlərini göstəriblər.

 

Tarix: 18 May [10:50]
Oxunub: 83 dəfə
Müəllif: Aut.az

Ramil Şeydayev "Krılya Sovetov"da - Rəsmi

Aut.az

Birinci divizionda yeni mövsümün TƏQVİMİ

Aut.az

FIFA "DÇ-2018"dən sonra ilk dəfə reytinqi açıqladı: Azərbaycan neçənci oldu?

Aut.az

"Qarabağ"ın legioneri karyerasını bitirib rejissor olacaq

Aut.az

Yığmamızın üzvləri Belarusda "Qarabağ"ı dəstəkləyəcək

Aut.az

Milimiz Belarusa qalib gəldi

Aut.az

“Keşlə”dən 2 transfer Rəsmi

Aut.az

Tərlan Əhmədov sükutu pozdu: " Heç nə başa düşmədim"

Aut.az

“Sabah” “Qaradağ Lökbatan”a qaib gəldi

Aut.az

Halldorsson: “Qarabağ”ın qalib gələcəyinə inanırıq”

Aut.az