UEFA “Atletiko”ya nə qədər ödəyəcək?

Avropa Liqasının qalibi olan İspaniyanın "Atletiko” komandasına UEFA-nın ödəyəcəyi mükafatın məbləği müəyyənləşib.
 
Qitənin ikinci ən nüfuzlu klub turnirində birinci yeri tutan Madrid təmsilçinin ümumi qazancı 26 milyon avro təşkil edəcək. Dieqo Simeonenin rəhbərlik etdiyi kollektiv finalda Fransa təmsilçisi "Marsel”i məğlub etdiyi üçün 6,5 milyon avro əldə edəcək.
 
"Atletiko” yarımfinala çıxdığı üçün 1,6 milyon avro, 1/4 finala yüksəldiyinə görə 1 milyon avro alacaq. Həmçinin, UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış etdiyi üçün madridlilərə 16,3 milyon avro ödəyəcək.
 
Qeyd edək ki, "Atletiko” ÇL-də Azərbaycan çempionu "Qarabağ”, İngiltərə Premyer Liqasında analoji uğura imza atan "Çelsi” və İtaliya təmsilçisi "Roma” ilə eyni qrupda çıxış edib. Madrid komandası 1 görüşdə qalib gəlib, 4 qarşılaşmada heç-heçə edib və 1 matçda uduzub. Ağdamlılarla hər iki oyunda bərabərlik qeydə alınıb - 0:0, 1:1.  
Tarix: 17 May [14:00]
Oxunub: 61 dəfə
Müəllif: Aut.az

Ozan Can kənardan izlədi

Aut.az

İbrahimoviç müflis oldu

Aut.az

Eddi İsrafilov 6 dəqiqə oynadı

Aut.az

Paşayev "Dinamo"ya qarşı oynadı

Aut.az

Baptista Rumıniya klubu ilə müqavilə imzaladı

Aut.az

Renat Dadaşov Portuqaliyada ilk qolunu vurdu

Aut.az

Rüfət Dadaşov üçün 17 dəqiqə

Aut.az

Futbolçularımızın klubu 3 xalı 3 qolla qazandı

Aut.az

Mərakeşli müdafiəçi “Şalke”də

Aut.az

Kamerun yığmasının üzvü La Liqa klubunda

Aut.az