"Qarabağ"ın futbolçusu Argentina ilə oyundan niyə imtina edib?

“Qarabağ”ın futbolçusu Donald Gerye Haiti millisinin Argentinaya qarşı keçiriləcəyi yoldaşlıq oyununda iştirak etməkdən imtina edib.
 
O, ölkəsinin mətbuatına açıqamasında matçdan imtina etməsinin səbəbi kimi istirahət etmək istəməsini göstərib:
 
“Haiti Futbol Federasiyasının rəhbərliyi ilə bu məsələ barədə danışmışam. Mənim milliyə çağırılacağımı bildirmişdilər. Ancaq onlara dedim ki, artıq məzuniyyətimi planlaşdırmışam və otellərdə 6 nəfərlik ailə üzvlərim üçün otaqlar bron etmişəm. Mayamidə 3 gün üçün 1400, Dominikan Respublikasında bir həftəyə 2000, “Royal Oasis”də isə 2 günə görə 800 dollar ödəmişəm. İl ərzində fasiləsiz futbol oynamışam. Bundan əlavə, yenicə övladı dünyaya gələn bacımı ziyarət etməliyəm”.
 
29 yaşlı futbolçu həmçinin, iyunun 1-dən “Qarabağ”ın düşərgəsinə qayıdacağını bildirib:
 
“Klubum avrokubokların seçmə mərhələsində çıxış edəcək. Bizdə cəmi 8 günlük məzuniyyət olacaq. "Qarabağ” çempionatda mövsümün son matçını mayın 21-də keçirəcək. Ailəm üçün çox darıxmışam. Bu səbəbdən mayın 22-də Argentinaya yollanmağım, orada 7 günlük toplanış və oyundan sonra ayın 30-da geri dönməyim çətin görünür. Çünki iyunun 1-də klubumun düşərgəsində olmalıyam. Avstriyaya 3 həftəlik təlim-məşq toplanışına yollanacağıq”.
 
Xatırladaq ki, Argentina - Haiti oyunu mayın 29-da keçiriləcək.  
Tarix: 17 May [12:30]
Oxunub: 30 dəfə
Müəllif: Aut.az

Azərbaycan Kuboku: Finalın hakimləri bəlli oldu

Aut.az

Əmirquliyevlə Ramazanov “Səbail”də! - RƏSMİ

Aut.az

Azərbaycan klublarının transfer bazarlığı - YENİLƏNİR

Aut.az

Almeyda millinin heyətindən kənarlaşdırıldı

Aut.az

Qurban Qurbanov yığmanın məşqinin vaxtını dəyişdirdi

Aut.az

Vüqar Nadirov və Ruslan Əmircanovla bağlı qərar verildi

Aut.az

"Qəbələ"yə karyeramı bitirdiyimi dedikdən sonra getmişdim"

Aut.az

“Vətən” Avstriyadan üzüağ döndü

Aut.az

Gəlmələrlə çiçək(çirk)lənən futbolumuz

Aut.az

“Neftçi” dağıldı

Aut.az