“Gənclərbirliyi” baş məşqçisini qovdu

Türkiyə Super Liqasının 33-cü turunda aşağı liqaya düşməsi rəsmiləşən “Gənclərbirliyi” baş məşqçisi Ümit Özatla yollarını ayırıb.

Bu barədə Ankara təmsilçisinin prezidenti Murat Cavcav Türkiyə mətbuatına açıqlamasında məlumat verib. O, Özatla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiklərini deyib.

Komandanı Super Liqanın son turu çərçivəsində baş tutacaq “Bursaspor”la oyuna klubun aşağı yaş qruplarında çalışan məşqçi Sezai Yıldırım hazırlaşdıracaq.

2016-cı ildən “qırmızı-qaralar”ı çalışdıran Ümit Özat, 2017/18 mövsümünün əvvəlində, ardıcıl 3 oyunda cəmi 1 xal qazanmasının ardından istefaya göndərilmiş, 12-ci turdan sonra yenidən komandanın “sükanı arxasına” keçmişdi.

Tarix: 16 May [18:20]
Oxunub: 116 dəfə
Müəllif: Aut.az

Mövsümün sonunda "Beşiktaş"da ayrılacaq ilk futbolçu müəyyənləşdi

Aut.az

Qadınlarla bağlı sözəri ölkəni qarışdırdı

Aut.az

"Real" PSJ üçün kabusa çeviriləcək: hədəf kimdir?

Aut.az

Ölən futbolçunun transferində razılıq əldə olundu

Aut.az

Millinin sabiq futbolçusu 1 kq kokainlə yaxalandı - FOTO

Aut.az

Vəhşcəsinə öldürülən futbolçunun ailəsindən şok açıqlama

Aut.az

Günün oyunları – TV

Aut.az

“Fənərbaxça” "Zenit"ə, “Qalatasaray” "Benfika"ya qarşı - BU GÜN

Aut.az

Kumanın yeni iş yeri məlum oldu

Aut.az

“Vorskla" liqadan kənarlaşdırılır

Aut.az