“Kayserispor” baş məşqçisini qovdu

Futbol üzrə Türkiyə Super Liqasında bir gündə ikinci baş məşqçi istefası qeydə alınıb.

“Kayserispor” baş məşqçisi Marius Şumudiça ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Rumıniyalı mütəxəssis Kayseri təmsilçisini ötən ilin yayından çalışdırırdı. Onun rəhbərliyi altında komanda Super Liqanın ilk dövrəsini 30 xalla ilk beşlikdə başa vurmuşdu. Bu üzdən klub rəhbərliyi Şumudiça ilə 2 illik yeni müqavilə imzalamışdı. Lakin mövsümün qalan hissəsində komandanın o qədər də uğurlu çıxış etməməsi baş məşqçinin istefa verməsi ilə nəticələnib.

Klubdan verilən açıqlamada bildirilir ki, o, istefa qərarını hələ xeyli müddət öncə rəhbərliyə bildirsə də, qəbul edilməyib. Amma rumıniyalı məşqçi qərarında israrlı olunca, başqa çıxış yolu qalmayıb.

Avrokuboklara vəsiqə qazanmaq hədəfinə çata bilməyən “Kayserispor” Super Liqanın son turu öncəsi 44 xalla 9-cu sırada qərarlaşıb.

Tarix: 16 May [18:10]
Oxunub: 33 dəfə
Müəllif: Aut.az

"Sevilya"nın yeni baş məşqçisi müəyyənləşdi

Aut.az

ÇL-in finalından öncə Kiyevdə bomba həyacanı: 5 metrostansiya bağladı

Aut.az

Fatih Terimin istəyi: Şakiri

Aut.az

“Liverpul”un qələbəsi üçün qurban kəsəcəklər

Aut.az

Kolumbiya yığmasını DÇ-yə 30 min nəfər yola saldı

Aut.az

Əhalisi səfalət içində yaşayan ölkə "Arsenal"ın sponsoru oldu

Aut.az

Platininin adı "təmizləndi"

Aut.az

DÇ-2018: Kənarda qalan MİLYONÇULAR

Aut.az

Formalar satışa çıxmamış 3 milyon ədəd sifariş olub - FOTO

Aut.az

Arvadı Sneyderə xəyanət etdi - İDDİA

Aut.az