Elxan Məmmədovun futbolumuza "təcavüzü"

Bir neçə gün öncə AFFA birinci divizionla bağlı qərarlarını açıqladı. Lisenziyalaşdırma Komitəsi birinci divizionun çempionu olan "Xəzər"ə lisenziya vermədi. Əvəzində Premyer Liqada iştirak etmək haqqı olan "Xəzər"i deyil, birinci divizionun 5-cisi "Sabah"ı yuxarıya "dartdılar". Hansı ki, bu qərarı "Sabah" özü də gözləmirdi. Ötən gün saytımıza açıqlama verən komandanın baş məşqçisi Arif Əsədov da, belə "münasibət" gözləmədiklərini etiraf etdi.
 
Bütün bunlar bir daha göstərdi ki,  Azərbaycan futbolu AFFA-nın, daha doğrusu Elxan Məmmədov və onun çevrəsindəkilərin ən sevimli oyuncağıdı. İstədiklərini edirlər. Kimi özlərinə yaxın bilirlərsə, onu da Premyer Liqaya buraxırlar, kimdən xoşları gəlmirsə, daha doğrusu ələ keçirə bilmirlərsə, "lisenziyalaşdırmanın tələblərinə cavab vermir" bəhanəsi ilə başlarından basırlar divizionun dibinə. Haqqı olanlar da kənarda qalır. Bütün bunlar göstərdi ki, lisenziyalaşdırma filan hamısı boş-boş cəfəngiyyatdı. AFFA-nın hər kəsdən gizlətdiyi o "tələblər", həmin "idman prinsipləri" isə Elxan bəy və ətrafındakıların "qalxan"ıdı. Çox tənqidlə üzləşəndə müdafiə olunmaq üçün özlərindən başqa heç kimin bilmədiyi o "tələblər"i ortaya atırlar. 
 
Sözüm onda deyil, bunlar hamıya məlumdu. Amma "Xəzər"in Premyer Liqaya buraxılmamasının başqa səbəbləri də var. Əldə etdiyimiz məlumata görə, AFFA-nın baş katibi klub rəhbərliyinin qarşısına şərt qoyub. Şərt ondan ibarətdi ki, "Xəzər" klubunda AFFA da mütləq şəkldə təmsil olunmalıdı. Yəni, indiyə kimi Məmmədovun ən uğursuz ideyalarından olan Müşhidə Şurası "Xəzər"də də formalaşdırılmalı və onun tərkibində mütləq AFFA-dan bir nəfər yer almalıdı. Bilgiyə görə Elxan bəy ən yaxın adamlarından birini kluba "soxuşdurmaq" istəyirmiş. Ancaq müstəqil şəkildə fəaliyyət göstərməyi daha üstün tutan, əlavə maliyyə dəstəyinə ehtiyacı olmayan  "Xəzər" rəhbərliyi AFFA-nın "qanadının altına" girməyə razılıq verməyib. Bu da "lisenziyalaşdırma" məsələsində əsas rol oynayan amillərdən olub. Nəticədə haqqı olan "Xəzər" Premyer Liqadan kənarda qalıb, AFFA-nın "qanadının altına" girməyə razılıq verən "Sabah" isə güclülər dəstəsinə "vəsiqə qazanıb". İndi təsəvvür edin, çempion "Xəzər", gümüş və bürünc medalçılar "Qaradağ Lökbatan"la, hər cür şəraiti olan "Şüvəlan", 4-cü yerin sahibi MOİK kənarda qaldı, Premyer Liqaya "Sabah", konkretləşdirsək 5-ci yeri tutan, azarkeşi və ənənəsi olmayan bir komanda gəldi.
 
Elxan bəy hər dəfə sponsorların klubları himayəyə götürmək istəmədiyini bildirir. Niyə istəmirlər ki? O qədər klub himayəyə götürmək istəyən sponsorlar var ki. Sadəcə onları futboldan uzaqlaşdıran elə Məmmədovun uğursuz layihələri, yersiz şərt və tələbləri olur. "Xəzər" birinci divizionda maliyə baxımından ən yaxşı şəkildə dəstək klublardandı. Demək olar hər qələbədən sonra futbolçulara 150, 200 manat mükafat verilirdi. Yəni maaşdan əlavə futbolçular təkcə mükafatlardan ayda 600-700 manata yaxın qazanırdı. 800-1200 manat arası isə maaş verilirdi. Bu isə birinci diviziona görə çox yaxşı məbləğ sayılır. Hə, baza məsələsi də həll olunmuş sayılırdı. Komanda Qubaya köçəcəkdi, rayonun Olimpiya Kompleksində dərhal təmir işlərinə başlanılacaqdı. Bu da daha bir bölgədə futbolun inkiaşfına təkan verəcəkdi. İndi siz deyin, bu cür şəraiti olan kludan sponsorlar niyə qaçsın ki? Hə onu da deyim, əldə etdiyimiz məlumata görə "Xəzər" Premyer Liqaya buraxılmasa böyük ehtimalla dağılacaq. Yəni, "Abşeron"un, "Neftçala"nın aqibəti "Xəzər"i də gözləyir. Səbəb isə aydındı. Rəhbərlik artıq formal xarakter daşıyan, çempionat xətrinə çempionat olan birinci divizionda qalmaq niyyətində deyil. Güclü və iddialı bir komanda formalaşdırmaq və bölgəni təmsil etmək niyyəti olan rəhbərlik iddiasız, məqsədsiz bir kluba pul xərcləmək istəmir. "Xəzər"in yaşaması yalnız yuxarı səviyyədə tapşırıq və ya xahiş-minnətdən sonra mümkün ola bilər ki, bu gözlənilən deyil. Deməli, AFFA daha bir klubumuzu məhv etmiş olur...
 
Hə, "Kəpəz" azarkeşlərinə görə də üzülməmək olmur. Gəncə kimi futbol ənənələri olan bir bölgədə bu idman növünü inkişaf etdirmək əvəzində məhvə sürükləyirlər. "Kəpəz" yaşamalıdı, amma indiki vəziyyətdə deyil. Yəni bu vəziyyətdə yaşamaqdansa "ölmək" daha yaxşıdı. "Kəpəz" oynayacaqsa iddialı, müstəqil olmalıdı daha kiminsə 3-5 manatına bel bağlamamalıdı.
 
Baş verənlərə ən yaxşı münasibəti isə veteran futbolçumuz, hazırda "Neftçi"nin akademiyasında çalışan Kamal Quliyev bildirib. Dünən saytımıza açıqlamasında divizionda oynayanlara "Futbola sadəcə hobbi, baş qatmaq kimi baxsınlar" deyib. Təmiz söhbət! Çünki AFFA-nın, daha doğrusu Elxan bəyin Azərbaycan futboluna münasibəti, kişinin qadına "ya mənimsən, ya da heç kimin" deyərək təcavüzünə bənzəyir. Odu ki, ey başıbəlalı futbolumuz, başqa yolun yoxdu, ona görə də bundan həzz al!
 
Səbuhi NƏRİMANOĞLU
Tarix: 15 May [17:20]
Oxunub: 140 dəfə
Müəllif: Aut.az

"Vorskla" 100 azarkeşlə gəlir

Aut.az

Milli komandada yeni baş məşqçi

Aut.az

AFFA müraciət etdi

Aut.az

Elmir Vəliyev “Kəpəz”dən getdi - RƏSMİ

Aut.az

İsgəndər Cavadovun komandasını "Bakı"nın bazasından qovdular

Aut.az

AFFA-nın təşkil etdiyi daha bir yarışdan qan qoxusu gəlir

Aut.az

“El-klasiko”ya görə tez başlayacaq - “Neftçi” - “Qarabağ” matçı

Aut.az

Əliyar Ağayev “Bayer”in oyununda!

Aut.az

Azərbaycan Premyer Liqasının 8-ci turunda neçə azarkeş qeydə alındı?

Aut.az

“Qarabağ” - “Vorskla”: İsraillilərə tapşırıldı

Aut.az