“Xəzər”i batırdılar – Klubun gələcəyi necə olacaq?

AFFA son illərin ənənəsinə sadiq qaldı və birinci divizionun qalibi olan "Xəzər” elitaya buraxılmadı.
 
Qış fasiləsindən sonra sürət yığan və elitaya vəsiqə qazanan "Xəzər” AFFA-nın bu qərarından sonra dağılmaq ərəfəsindədi.
 
Klubunun yaşayıb-yaşamaması belə sual altındadı. "Xəzər” rəhbərliyi Apellyasiya Komisiyasına müraciət etməyi lazım bilmədiyindən yaxın günlər ərzində nəyinsə dəyişəcəyinə inanmaq da yersizdi. Bu gün üçün dəqiqləşən odu ki, "Xəzər” növbəti mövsüm Premyer Liqada oynayamayacaq.
 
Əvəzində "Xəzər”in baş məşqçisi Elşad Əhmədov yeni mövsümdən Topaz Premyer Liqasında klub çalışdıracaq. O, "Sabah”da Arif Əsədovu əvəzləyib. Bu gediş "Xəzər”də "yarpaqtökümü”nün başlanğıcı sayılmalıdı.
 
Artıq Emin Abbasovla Gündüz Abbaszadənin də "Xəzər”dən ayrılacağı dəqiqləşib. Hər ikisi hazırda təhvil-təslim işləri ilə məşğuldular və bu gün-sabah rəsmi açıqlama ilə klubdan ayrılacaqlar.
 
Buna baxmayaraq, "Xəzər” dağılmayacaq. Komanda gələn mövsümdə birinci divizionda çıxış edəcək. Amma "Xəzər”in əvvəlki kimi iddialı olmayacağı dəqiqdi.
Tarix: 15 May [14:35]
Oxunub: 88 dəfə
Müəllif: Aut.az

"Vorskla" 100 azarkeşlə gəlir

Aut.az

Milli komandada yeni baş məşqçi

Aut.az

AFFA müraciət etdi

Aut.az

Elmir Vəliyev “Kəpəz”dən getdi - RƏSMİ

Aut.az

İsgəndər Cavadovun komandasını "Bakı"nın bazasından qovdular

Aut.az

AFFA-nın təşkil etdiyi daha bir yarışdan qan qoxusu gəlir

Aut.az

“El-klasiko”ya görə tez başlayacaq - “Neftçi” - “Qarabağ” matçı

Aut.az

Əliyar Ağayev “Bayer”in oyununda!

Aut.az

Azərbaycan Premyer Liqasının 8-ci turunda neçə azarkeş qeydə alındı?

Aut.az

“Qarabağ” - “Vorskla”: İsraillilərə tapşırıldı

Aut.az