Azər Əliyev komissiya üzvü seçilib

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev Avropa Olimpiya Komitəsinin (AOK) Avropa yeniyetmələrinin Olimpiya Festivalı Komissiyasının üzvü seçilib.
 
AOK-un Serbiyanın paytaxtı Belqraddakı növbəti görüşü çərçivəsində qurumun İcraiyyə Komitəsinin iclası, həmçinin AOK və Beynəlxalq Olimpiya Komitəsinin 39-cu seminarı keçirilib.
 
Seminarda AOK-un müxtəlif komissiyalarının dörd illik fəaliyyətinə yekun vurulub. Növbəti dörd il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirildikdən sonra komissiya üzvlərinin və rəhbərliyinin seçkisi olub.
 
Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev AOK-un Avropa yeniyetmələrinin Olimpiya Festivalı Komissiyasının üzvü seçilib.
 
Qeyd edək ki, tədbirdə Azərbaycan nümayəndə heyətini AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibin müavini Azər Əliyev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və marketinq idarəsinin direktoru Mehman Kərimov təmsil ediblər.
Tarix: 15 May [13:45]
Oxunub: 60 dəfə
Müəllif: Aut.az

Şəhriyar Məmmədyarov ABŞ-a 75 min dollar qazanmağa gedir

Aut.az

Rəsul Çunayevə rütbə verildi - FOTO

Aut.az

Günün oyunları - TV

Aut.az

Serbiyalı oyunçudan türk lirəsinə dəstək

Aut.az

2500 dollar olan biletlər 3 dəqiqəyə satıldı

Aut.az

Azərbaycan millisinin üzvü 31 yaşında karyerasını bitirdi

Aut.az

Yığma komandanı Yay Olimpiya Oyunlarına ölkə ordusu hazırlayacaq - FOTO

Aut.az

PSJ-dən 37 milyon avroluq transfer

Aut.az

III Avropa Oyunları Rusiyada keçirilə bilər

Aut.az

“Neftçi” ilk oyunda 9 qola üzüldü

Aut.az