Super Liqanı tərk edəcək son klub da bəlli oldu

Futbol üzrə Türkiyə Super Liqasını tərk edəcək üçüncü klubun da adına aydınlıq gəlib.
 
“Osmanlıspor” elita ilə vidalaşmaq məcburiyyətində qalıb. Buna Super Liqanın 33-cü turunda “Akhisarspor”un səfədə “Kayserispor”u 2:1 hesabıyla məğlub etməsi səbəb olub. Bu nəticədən sonra xal ehtiyatını 39-a çatdıran “Akhisarspor” elitada qalmağı təmin edib. Nəticədə 33 xalı olan “Osmanlıspor”un sona bir tur qalmış heç bir şansı qalmayıb.
 
Qeyd edək ki, “Osmanlıspor” üç mövsüm idi Super Liqada mübarizə aparırdı. Paytaxt klubundan öncə “Karabükspor”la “Gənclərbirliyi” TFF 1-ci liqaya düşmüşdü.
 
Tarix: 15 May [11:20]
Oxunub: 48 dəfə
Müəllif: Aut.az

Ozan Can kənardan izlədi

Aut.az

İbrahimoviç müflis oldu

Aut.az

Eddi İsrafilov 6 dəqiqə oynadı

Aut.az

Paşayev "Dinamo"ya qarşı oynadı

Aut.az

Baptista Rumıniya klubu ilə müqavilə imzaladı

Aut.az

Renat Dadaşov Portuqaliyada ilk qolunu vurdu

Aut.az

Rüfət Dadaşov üçün 17 dəqiqə

Aut.az

Futbolçularımızın klubu 3 xalı 3 qolla qazandı

Aut.az

Mərakeşli müdafiəçi “Şalke”də

Aut.az

Kamerun yığmasının üzvü La Liqa klubunda

Aut.az