Mançini rəsmən İtaliya millisində - FOTO

Futbol üzrə İtaliya yığmasının yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.
 
Gözlənildiyi kimi, sözügedən komanda Robert Mançiniyə tapşırılıb. Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Anlaşmanın detalları açıqlanmır. Lakin onun İtaliya yığması ilə 2 illik anlaşmaya imza atacağı bildirilirdi. Nəticələr qənaətbəxş olsa, Mançini ilə müqavilənin müddəti AÇ-2020-dən sonra uzadılacaq. Məlumata görə, Mançininin yığmada illik məvacibi 2 milyon avro olacaq. O, uğurlu nəticəyə görə bonus da alacaq.
 
Yeni baş məşqçinin təqdimat mərasimi mayın 15-də baş tutacaq.
 
Qeyd edək ki, Mançininin son iş yeri Rusiyanın “Zenit” klubu olub. 53 yaşlı məşqçi ötən ildən Sankt-Peterburq klubunu çalışdırırdı. Komanda onun rəhbərliyi altında mövsümü 5-ci pillədə başa vurub və son 10 ildə ilk dəfə mükafatçılar sırasına düşə bilməyib.
 
Mançini daha öncə İtaliyanın “Fiorentina”, “Latsio”, “İnter”, İngiltərənin “Mançester Siti”, Türkiyənin “Qalatasaray” klublarını da çalışdırıb.
Tarix: 15 May [10:30]
Oxunub: 52 dəfə
Müəllif: Aut.az

Ozan Can kənardan izlədi

Aut.az

İbrahimoviç müflis oldu

Aut.az

Eddi İsrafilov 6 dəqiqə oynadı

Aut.az

Paşayev "Dinamo"ya qarşı oynadı

Aut.az

Baptista Rumıniya klubu ilə müqavilə imzaladı

Aut.az

Renat Dadaşov Portuqaliyada ilk qolunu vurdu

Aut.az

Rüfət Dadaşov üçün 17 dəqiqə

Aut.az

Futbolçularımızın klubu 3 xalı 3 qolla qazandı

Aut.az

Mərakeşli müdafiəçi “Şalke”də

Aut.az

Kamerun yığmasının üzvü La Liqa klubunda

Aut.az