Əsədova vəzifə verildi

Azərbaycan Minifutbol Federasiyasının sədri Elxan Əsədov Dünya Minifutbol Federasiyasında (DMF) yeni vəzifəyə təyin olunub.

O, bundan sonra DMF-də Yarışların Təşkili Komitəsinin sədri vəzifəsini də icra edəcək. Bu vəzifəyə təyinatı ilə bağlı Elxan Əsədov fikirlərini bildirib:

"Komitə rəhbərləri Dünya Minifutbol Federasiyasının İcraiyyə Komitəsi tərəfindən təyin olunur. Mart ayının 1-dən mənin namizədliyimi Yarışların Təşkili Komitəsinin sədri kimi irəli sürmüşdülər. Bildiyiniz kimi, Azərbaycan Minifutbol Federasiyası bir neçə gün öncə Dünya Minifutbol Federasiyasının üzvü olub və bundan sonra rəsmi olaraq mənin təyinatım da təsdiq edildi". 

Elxan Əsədov AFFA-da baş katibin müavini vəzifəsində işlədiyi müddətdə beynəlxalq yarışların təşkilində böyük təcrübə topladığını bildirib. O, qeyd edib ki, bu təcrübəsindən DMF-də yararlanacaq:

"2012-ci ildə Azərbaycanda U-17 qadınlararası dünya çempionatı keçirilərkən təşkilatçılıqda mən də iştirak etmişdim. Məhz DMF-nin İcraiyyə Komitəsinin məni bu vəzifəyə təyinatında bu da həlledici rol oynayıb. Bu təcrübədən minifutbol üzrə dünya çempionatının təşkilatçılığı zamanı istifadə edəcəyəm".

Tarix: 14 May [15:40]
Oxunub: 89 dəfə
Müəllif: Aut.az

NBA-də bu dəfə toplar yox yumruqlar danışdı – FOTOLAR

Aut.az

Günün oyunları - TV

Aut.az

Atletimiz Avropa çempionu oldu - FOTO

Aut.az

Bakıda idmançı polis qardaşını öldürüb – “Yatsam, yuxuma girməzdi…”

Aut.az

“Korrupsiya qalmaqalları idman nazirlərinin arasında olur” – Azad Rəhimovun iddiasına reaksiya

Aut.az

Günün oyunları - TV

Aut.az

"Qarabağ"la oyunda zədələnən futbolçu məşqlərə başladı

Aut.az

Günün oyunları - TV

Aut.az

Əməliyyat olundu

Aut.az

İdman tarixində ən bahalı müqavilə imzalandı

Aut.az