Məmmədovun komandası darmadağınla “gümüş” qazandı

Bu gün futbol üzrə U-17 liqasında 32-ci turun oyunları keçirilib. 

Bütün diqqətlər Ağsu şəhər stadionuna yönəlmişdi. Yerli komanda "Ağsu" Bakının "Səbail" kollektivini qəbul edib. Qarşılaşmadan 7:0 hesabı ilə qalib ayrılan Füzuli Məmmədovun baş məşqçisi olduğu "Səbail" çempionatın sonuna bir tur qalmış gümüş medalların sahibi olub.

Son turda "Zirə"yə qarşı keçiriləcək oyun "Səbail" üçün formal xarakter daşıyacaq. Həmin oyunda "Səbail" məğlub olsa belə, ən yaxın izləyicisi "Neftçi"dən şəxsi oyunlara görə üstün olması nəticəyə təsir etməyəcək.

Bürünc medalların sahibinin "Neftçi" və ya "Keşlə" olmasına sonuncu turda aydınlıq gələcək.

U-17 liqasının çempionu "Qəbələ" olub.

Tarix: 14 May [16:20]
Oxunub: 86 dəfə
Müəllif: Aut.az

"Zəngilan" millimizi məğlub etdi

Aut.az

“Sumqayıt” “Sabah”a, “Keşlə” “Zirə”yə qarşı - BU GÜN

Aut.az

“Neftçi”də qələbə davası

Aut.az

Heydər Əliyevin adını daşıyan stadion boş qalmamalıdı!

Aut.az

22 komandadan 17-si Bakıda məskunlaşıbsa...

Aut.az

"Futbolçuların əziyyətinə heyfim gəlir" - Qurban Qurbanov

Aut.az

“Qarabağ” qalib gəldi

Aut.az

Əmircanov Türkiyə klubunda

Aut.az

“Neftçi” “Qəbələ”yə məğlub oldu

Aut.az

Elvin Yunuszadənin yeni klubu rəsmən açıqlandı

Aut.az