“Xəzər”in elitaya buraxılmamasının əsas səbəbi!

Cana vicvicə düşüb. Özü irəli gedə bilmirsə, öndəkinə badalaq vurur.
 
“Xəzər”in Premyer Liqaya buraxılmasının görünən və görünməyən səbəbləri var. AFFA Lisenziyalaşdırma Qrupu bu klubun sənədlərinin qaydasında olmadığını əsas gətirir və tələblərə cavab vermədiyini bildirir. Ola bilsin, müəyyən qədər haqlıdılar, lakin hərənin öz oyunu var. Divizionda böyük pullar xərcləyən insanar üçün bank təminatını təşkil etmək çətin deyil. “Sabah” üçün qondarma sənəd düzəldənlər, “Səbail”in, vaxtilə “Kəpəz”in, “Rəvan”ın qulağından tutub elitaya gətirənlər, “Sumqayıt”ın diviziona düşməməsi üçün saxtakarlıq edənlər indi müqəddəs olublar.
 
Vəziyyət elədir ki, “Xəzər” ya qalib olduqları divizionu Premyer Liqaya dəyişəcək, ya da dağılacaq. Bu klubun rəhbərliyinin daha bir il bataqlıqda qalmaq fikri yoxdu. Aşağı dəstə bukmeker kontorları üçün əla bazardı, “Xəzər”in “Şərurspor”, “Bakılı” və s. klublar kimi burada oynamaq fikri olsaydı, mövsümü yola verər, qumarbazlarla əlbir olub, pul qazanardılar. Lakin bu klubun hədəfi bölgələrdən birində infrastruktur qurub böyümək, uşaq futbol akademiyası açmaq, Azərbaycan futboluna töhfə verməkdi.
 
Təbii ki, bu plan AFFA-nın baş katibi Elxan Məmmədov və yandaşlarını narahat edir. “Xəzər”in uğurlu olması onun 10 ildi dövlətin pulunu dağıdan dəstəsinin uğursuzluqlarını ifşa edəcək.”Qarabağ”, “Qəbələ”, “Zirə” kimi müstəqil klubların digərlərindən bir addım öndə olması azmış kimi, “Xəzər”in də uzunmüddətli layihəylə meydana çıxması katibin kreslosunu laxladar. Məmmədov “Qəbələ”ni dağıtmaq, “Qarabağ”ı sarsıtmaq üzərində baş sındırdığı vaxtda növbəti təhlükəyə imkan vermək istəmir və onu beşikdə boğmağa çalışır.
 
Məmmədovu narahat edən əsas səbəb beyinlərdi. “Xəzər”də 6 ayda inqilab etmiş perspektivli mütəxəssislər toplaşıb. Son pillələrdə gedən debütantı divizionun qalibinə çevirəcək qədər zərgər dəqiqliyi ilə qurulan sistemin səbəbkarları onun üçün real təhlükədi. Emin Abbasov, Gündüz Abbaszadə - bu uşaqlar jurnalistikadan çıxıb və qısa zamanda futbolu elxankimilərdən yaxşı bildiklərini əməlləri ilə sübut ediblər. Heç kimin ciddiyə almadığı, əvəzedicilərdə yola verilən Elşad Əhmədov Bernard Lipperti, Elxan Abdullayevi, Vəli Qasımovu, Yaşar Vahabzadəni, Təbriz Həsənovu, Babək Alxasovu və digər daydaylı müqəvvaları cibində gəzdirəcəyini isbatlayıb.
 
Məmmədovun kadrları sosial şəbəkədə “like” ilə məşqçi qovanlar, “bəcik” düzəltməklə peşəkar sayılanlar, Gəncədə “otkat”la məşğul olanlardısa, bu saf uşaqlar düşüncə, əmək və fədakarlıqla nəticə qazananlardı. Fərq budur! Məmmədovun ətrafı ancaq pul qazanmağın yollarını arayan Riad Rəfiyev, Rəmiş Malıyev, Elxan Tağızadə və s. insanlardan ibarətdi, onillərdi AFFA-dan qidalanırlar, bircə uğurlu işləri olmayıb. Təbii ki, belələri doğru işlə, pak amalla uğur qazananların parlamasını istəməz, onlarla sağlam rəqabət apara bilməz, ayaqlarından çəkməyə, onları zirvəyə gedən yolçuluğun ilk pillələrindəcə büdrətməyə cəhd edirlər.
 
Elxan Məmmədov belə bacarıqlı insanları yanına çəkməkdənsə, onlara dəstək verməkdənsə, hər yerdə burunlayır. Çünki onlar buyruq qulları deyil, daha mütərəqqi fikirlərə sahibdilər, şəffaf işləyir, zəhmətlə nəticə qazanırlar. Onların irəliləməsi Elxan bəyin “ən bacarıqlı kadr” imicini darmadağın edir, ona şəriklər qoşur. Bu isə baş katib üçün yolverilməzdi.(futbolinfo)
 
“Xəzər”in elitaya buraxılmamasının əsas səbəbi bax, budur!
 
Tarix: 12 May [14:20]
Oxunub: 337 dəfə
Müəllif: Aut.az

Azərbaycan Kuboku: Finalın hakimləri bəlli oldu

Aut.az

Əmirquliyevlə Ramazanov “Səbail”də! - RƏSMİ

Aut.az

Azərbaycan klublarının transfer bazarlığı - YENİLƏNİR

Aut.az

Almeyda millinin heyətindən kənarlaşdırıldı

Aut.az

Qurban Qurbanov yığmanın məşqinin vaxtını dəyişdirdi

Aut.az

Vüqar Nadirov və Ruslan Əmircanovla bağlı qərar verildi

Aut.az

"Qəbələ"yə karyeramı bitirdiyimi dedikdən sonra getmişdim"

Aut.az

“Vətən” Avstriyadan üzüağ döndü

Aut.az

Gəlmələrlə çiçək(çirk)lənən futbolumuz

Aut.az

“Neftçi” dağıldı

Aut.az