Baş katibin kabinetində kirli oyun: "Sumqayıt" niyə uduzdu?

Premyer Liqanın XXV turu "Neftçi" və "Sumqayıt"ın məğlubiyyəti ilə yadda qaldı. "Ağ-qaralar"ın bir gün əvvəl "Keşl"yə məğlub olması, "gənclik şəhəri" təmsilçisi üçün gözəl şans yaratmışdı. Samir Abasovun yetirmələri evdə "Səbail"i yenərək 5-ə çatdıra və sona 3 tur qalmış "bürünc"ün taleyini böyük ölçüdə həll edə bilərdi. Amma meydanı məğlub tərk edərək işlərini çətinə saldılar.
 
İlk baxışdan burda qəribə heç nə yoxdu. Meydanda mübarizə aparan iki komandadan biri qalib gəlməlidi və "Səbail" qələbə qazanaraq 3 xalı aktivinə yazıb. Amma əslində bu oyunun nəticəsi meydanda yox, AFFA-nın binasında, bir az da dəqiqləşdirsək, baş kabit Elxan Məmmədovun kabinetində müəyyənləşdirilib.
 
Son illər uğura həsrət qalan "Neftçi"də tez-tez rəhbər, baş məşqçi və heyət dəyişikliyinə rəğmən, vəziyyət düzəlmir. Elxan Məmmədovun ən böyük qazanc mənbəyi olan Bakı klubu artıq öz gücünə avrokuboklara belə vəsiqə qazanmaq gücündə deyil. Hər il milyonlarla büdcənin ayrıldığı klubun Avropaya vəsiqə qazanmaması baş katibi himayədarları qarşısında çətin vəziyyətə sala bilər və bu səbəbdən nəyin bahasına olursa-olsun, "ağ-qaralar"a Avropa vəsiqəsi vermək istəyir.
 
Aut.az-ın əldə etdiyi məlumata görə, "Sumqayıt"ın məğlubiyyətinin səbəbi də məhz budu. Əslində "gənclik şəhəri" təmsilçisi "Neftçi" ilə oyunda təslim edilməli idi. Lakin mətbuatın təzyiqi, üstəlik baş məşqçi Samir Abasovun inadı bu planın baş tutmamasına səbəb oldu. "Səbail"lə oyunda isə belə bir təzyiq yox idi.
 
Redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, Elxan Məmmədov "Səbail" oyunundan əvvəl "Sumqayıt"ın prezident təyin etdiyi adamı Riyad Rəfiyevi kabinetinə çağıraraq ona "məğlub olun" tapşırığı verib. Klub prezidenti Samir Abasova söz keçirə bilmədiyini, onun buna razılaşmayacağını bildirib. Baş katib isə baş məşqçini "yola gətirməyi" öz üzərinə götürüb və istəyina nail olub. Sonda "Sumqayıt" "Səbail"ə yenilərək bürünc medal şansını çətinə salıb.
 
Bəs Samir Abasov məğlubiyyətə niyə razı olub? Bunun səbəbi də bəllidi. Gənc mütəxəssisə daha yaxşı maaş və daha iddialı klub - "Neftçi" vəd olunub. Mövsüm bitən kimi Tərlan Əhmədov yola salınacaq və Samir Abasov keçmiş prezidenti Kamran Quliyev kimi "Sumqayıt"ın yolunu tutacaq. Olan isə "Sumqayıt"a, onun futbolçularının çəkdiyi zəhmətə olacaq...
Tarix: 2 May [13:20]
Oxunub: 716 dəfə
Müəllif: Aut.az

"AVRO-2021": Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

Aut.az

MOİK-lə "Sumqayıt"dan qələbə, "Qaradağ Lökbatan" uduzdu

Aut.az

Zaur Tağızadə üçün əlamətdar gün

Aut.az

Avroliqanın finalına görə Bakıya gələcək ulduz futbolçuların adları açıqlandı

Aut.az

Azərbaycanlı futbolçu Çexiyanın yüksək dəstə klubunda

Aut.az

Bakı klubu transferlərə niyə pul tapmayıb?

Aut.az

"Qarabağ" "Yuventus"la məzələndi - FOTO

Aut.az

"Energetik"in kapitanı AFFA və Mingəçevir rəhbərliyindən kömək istədi

Aut.az

"Qarabağ" "Sabah"la oyuna itkiylə hazırlaşır

Aut.az

Elxan Məmmədovun otelini işləədn hakim həm də AFFA nümayəndəsidir

Aut.az