"Bavariya"nın futbolçusu "Real Madrid"i təhqir etdi - FOTOLAR

Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Arturo Vidal Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündən sonra "Real Madrid"in futbolçuları təhqir edib. 
 
Çilidən olan oyunçu şəxsi "Instagram"ında foto yerləşdirərək, "kral klubu"nun üzvlərini siçanlar adlandırıb. Sonradan 30 yaşlı futbolçu bu fotonu silib. 
 
Bundan başqa, Vidal "Real Madrid"in qapısına təyin olunmayan penalti epizoduna kobud formada şərh verib. 
 
Qeyd edək ki, Arturo Vidal "Bavariya"nın məşqində aldığı zədə üzündən mövsümün qalan hissəsini buraxmalı olacaq. "Real Madrid" səfərdə 2:1 hesabı ilə yendiyi Almaniya klubu ilə evdə heç-heçə edib - 2:2. Bu nəticə ilə İspaniya təmsilçisi finala yüksəlib. Cavab görüşündə ilk yarının uzatma dəqiqələrində türkiyəli baş hakim Cüneyt Çakır "kral klubu"nun futbolçusu Marselonun əlinə dəyən topu penalti kimi dəyərləndirməyib. Bu isə böyük müzakirələrə səbəb olub. 
 

Tarix: 2 May [10:30]
Oxunub: 159 dəfə
Müəllif: Aut.az

Sevgilisi gözəlliyi ilə hər kəsi dəli-divanə edir - FOTOLAR

Aut.az

Bakıda dünya rekordu qıran ukraynalı gözəl - FOTOLAR

Aut.az

Messi ilə oteldə tanış oldu, bu gün rəqib olacaqlar - FOTOLAR

Aut.az

Hamı model olduğunu düşünürdü, amma... - FOTOLAR

Aut.az

“Mançester Siti”ni meydana 102 və 98 yaşlı bacılar çıxardı - FOTO

Aut.az

Ulduz futbolçu bu gözəllə sevgilidi - FOTOLAR

Aut.az

Şirniyyat bişirən qapıçı oldu - FOTOLAR

Aut.az

Bir futbolçudan ayrıldı, başqası ilə sevgili oldu - FOTOLAR

Aut.az

Neymarın sevgilisi festivala elə geyimdə qatıldı ki... - FOTOLAR

Aut.az

Futbolçusunun başını dişlədilər - FOTO

Aut.az