“Kəpəz”dən Maqnus Karlsenə hədiyyə - FOTOLAR

Azərbaycanın idman ölkəsi kimi tanınmasına töhvə verən yarışlardan biri də dünya şöhrətli mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirdi.
 
Planetin diqqətini çəkən nüfuzlu yarışda ən güclü, görkəmli iti zəka sahibləri mübarizə aparır. "ShamkirChess 2018” turniri gəncəli idmansevərlərin, eləcə də "Kəpəz”in maraq dairəsindədi. Memorialın iştirakçıları arasında güclü şahmatçı olması ilə yanaşı, futbola böyük sevgisi ilə tanınan Maqnus Karlsen də var. O, şahmat taxtası arxasında olduğu kimi həm də meydançada yaxşı futbol oynamağı bacarır. Maqnusun yarışın istirahət günündə keçirilən mini-futbol turnirində Dünya yığmasının heyətində 6 qol vuraraq komandasını baş mükafata daşıması da bunun göstəricisi hesab oluna bilər.
 
Dünya çempionunun futbol vurğunu olmasını nəzərə alan Gəncə klubu ona komandanın şərfini və formasını hədiyyə edib. Üzərində adı və 1 rəqəmi yazılan "sarı-göy” rəngli futbolkanı Karlsenə klubun icraçı direktoru Elnur Camalxanov təqdim edib. Ayaqüstü görüşdə klub rəsmisi dünya çempionuna və onu Şəmkirdə müşayət edən atasına "Kəpəz”in tarixi və nəticələrindən danışıb.
 
İcraçı direktor Maqnusun Veselin Topalov üzərindəki qələbədən sonra mətbuat konfransında söylədiyi "mən 1 rəqəmini sevirəm” sözlərinə də işarə edərək formanın üzərinə bu rəqəmin yazılmasını onun dünya reytinqində birinci olması ilə bağlayıb. Bunu təbəssümlə qarşılayan qrossmeyster hədiyyələrə görə təşəkkürünü çatdırıb, "Kəpəz”ə uğurlar arzulayıb.
 



Tarix: 27 Aprel [13:45]
Oxunub: 68 dəfə
Müəllif: Aut.az

Azərbaycanlı qızdan ayrılan prezident Türkiyə gözəli ilə sevgili oldu - FOTOLAR

Aut.az

Ramin Musayevin gətirdiyi müğənninin qonorarı məlum oldu - FOTOLAR

Aut.az

İŞİD bu dəfə Rusiyanı hədələdi - FOTOLAR

Aut.az

“CBC Sport”un aparıcısı ABŞ-da ərə getdi - FOTOLAR

Aut.az

"Bavariya"nın futbolçusu "Real Madrid"i təhqir etdi - FOTOLAR

Aut.az

Məşhur italyan hakim "Qalatasaray" forması geyinib soyunda - FOTOLAR

Aut.az

Stolu azarkeşlərin üstünə atdı - FOTOLAR

Aut.az

İlham Əliyevlə görüşmək üçün ağlayan uşaq kimin oğludu? - FOTO/VİDEO

Aut.az

“Formula 1”in azərbaycanlı və xarici gözəlləri - FOTOLAR

Aut.az

Stadiona buraxılmayan azarkeş oyunu izləmək üçün kran kirayələdi - FOTOLAR

Aut.az