Qəhrəman Əliyev: "Bura böyük axın var, hamı görür ki…"

Ötən yay qurulan və İskəndər Cavadovun adını daşıyan «Bakı» futbol akademiyası fəaliyyətini növbəti mövsümdə də davam etdirəcək.
 
Bu barədə  akademiyanın baş koordinatoru Qəhrəman Əliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda mərkəzin nəzdində 5 yaş qrupu üzrə komanda formalaşdırılıb və onlarının sayının artırılması qərara adınıb:
 
«Minimum 1 yaş qrupu da açacağıq. Sonrakı məsələlər akademiyaya ayrılacaq büdcədən və münasibətdən asılıdı. Bu gün üçün onu deyə bilərəm ki, son vaxtlar bura axın başlayıb.
 
İndi 80-dan artıq uşağa futbolun sirlərini öyrədirik. Yeni gələnlərin sayı xeyli çoxdu. Akademiyanı açanda, vaxt və imkan çatmadı, odu ki, hərtərəfli seleksiya işi apara bilmədik. Bu dəfə isə hər baxışa gələni götürməyəcəyik, aralarından ən yaxşılarını seçəcəyik.
 
«Bakı» fəaliyyətini dayandırandan sonra çoxlarının xəbəri yox idi ki, Biləcəridəki bazada yeni akademiya yaradılıb. Uşaqlar, valideynlər bundan yeni-yeni xəbər tutublar. Akademiyanın adını eşidən gəlir indi. Hamısı görür ki,biz işə necə ciddi, məsuliyyətlə yanaşırıq.
 
14-15 yaşlı uşaqlar var, onlar futbolun sirlərini təzə-təzə öyrənməyə başlayır. Bu baxımdan, nəticə bizi maraqlandırmır. Əsas onun üstündə çalışırıq ki, normal futbolçu yetişdirək.
 
Bu uşaqlara normal futbol oynamağı öyrətməsək, yaxşı komanda yaratmaq qeyri-mümkündü. Paytaxtda açılan akademiyalar araısnda ən yaxşı şərait bizdədi. Ona görə də hesab edirəm ki, burdan yenə milli komandalar səviyyəsinə çoxlu uşaq yetişəcək».(sportinfo)
Tarix: 26 Aprel [20:40]
Oxunub: 128 dəfə
Müəllif: Aut.az

"Zəngilan" millimizi məğlub etdi

Aut.az

“Sumqayıt” “Sabah”a, “Keşlə” “Zirə”yə qarşı - BU GÜN

Aut.az

“Neftçi”də qələbə davası

Aut.az

Heydər Əliyevin adını daşıyan stadion boş qalmamalıdı!

Aut.az

22 komandadan 17-si Bakıda məskunlaşıbsa...

Aut.az

"Futbolçuların əziyyətinə heyfim gəlir" - Qurban Qurbanov

Aut.az

“Qarabağ” qalib gəldi

Aut.az

Əmircanov Türkiyə klubunda

Aut.az

“Neftçi” “Qəbələ”yə məğlub oldu

Aut.az

Elvin Yunuszadənin yeni klubu rəsmən açıqlandı

Aut.az