Ramin Musayev ad günü işçisi ilə bərabər qeyd etdi - SAZLI FOTOLAR

Bu gün Peşəkar Futbol Liqasında şadyanalıqdı.
 
Qurumun prezidenti Ramin Musayevin 55, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Elgiz Abbasovun 28 yaşı tamam olur.
 
Bu münasibətlə təşkilatın ofisində ad günü tədbiri keçirilib. Budəfəki ad günündə PFL əməkdaşları ona sürpriz etmək qərarına gəliblər. Belə ki, Musayev Gürcüstanın Borçalı mahalından olduğu üçün PFL əməkdaşları AFFA-ya aşıq gətirib.
 
Bu, onun üçün sürpriz olub. Daha sonra PFL-nin mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev özünün yazdığı yumoristik şeiri səsləndirməklə daha bir sürprizə imza atıb.
 
Ramin Musayev 2004-2008-ci illərdə Rövnəq Abdullayevin prezidenti olduğu “Neftçi”nin vitse-prezidenti vəzifəsində işləyib.
 
Abdullayev AFFA prezidenti olduqdan sonra Musayev həmin qurum daxilində yeni yaradılmış PFL-nin prezidenti təyin olunub.
 
Saytımız adından hər iki şəxsi təbrik edir, onlara gələcək fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzulayırıq.

 

Tarix: 26 Aprel [19:20]
Oxunub: 340 dəfə
Müəllif: Aut.az

Futbolçunun sevgilisi: "İki hobbim var, soyunmaq və..." - FOTOLAR

Aut.az

Neymar seçkilərə görə sevgilisindən ayrıldı - FOTOLAR

Aut.az

Dünyanın ən yaxşı 10 stadionu - FOTOLAR

Aut.az

Məşhur qapıçının həyat yoldaşından "yandıran" - FOTOLAR

Aut.az

Bu futbolçunun yaşı ölkəni qarışdırdı - FOTOLAR

Aut.az

"Kurtlar Vadisi Türkiyə Futbolu" - FOTOLAR

Aut.az

"Balotelli yataqda ondan daha yaxşıdır" - FOTOLAR

Aut.az

Hər kəs bu qızı model hesab edir, o isə futbolçudu - FOTOLAR

Aut.az

Bütün dünya bu məşqçidən danışır - FOTOLAR

Aut.az

"Qarabağ"a yeni futbolçular qoşuldu - FOTOLAR

Aut.az