Qvardiolanın köməkçisi "Arsenal"ın baş məşqçisi olur?

Arsen Vengerin mövsümün sonunda yollarını ayıracağı "Arsenal"ın yeni baş məşqçisi böyük ölçüdə müəyyənləşib.
 
Bu barədə klubun icraçı direktoru İvan Qazidis açıqlama verib.
 
Onun sözlərinə görə, yeni baş məşqçi hazırda "Mançester Siti"də Pep Qvardiolanın köməkçisi olan Mikel Arteta ola bilər. 
 
"Arsenal" yeni baş məşqçiyə böyük transfer büdcəsi verməyəcək. "The Telegraph"ın iddiasına görə, klub yayda transferlərə cəmi 50 milyon funt-sterlinq ayıracaq.
 
Qeyd edək ki, Mikel Arteta futbolçu karyerası ərzində "Barselona", PSJ, "Reyncers", "Real Sosyedad", "Everton" və "Arsenal"da çıxış edib. O, karyerasını 2016-cı ildə London klubunda bitirib. İspaniya yığmasının sabiq üzvü olan 36 yaşı mütəxəssis 2016-cı ildən Qvardiolanın köməkçisidi.
Tarix: 26 Aprel [13:40]
Oxunub: 33 dəfə
Müəllif: Aut.az

Kiyevdə “Liverpul” azarkeşlərinə hücum edilib

Aut.az

Fernando Torres "Saqan Tosu"da

Aut.az

Azarkeşlərdən qonşu ölkəyə müraciət: "klubumuzu qəbul edin!"

Aut.az

Şehiç İtaliya A Seriyasında!

Aut.az

Nazarov Almaniyada klubunu dəyişir

Aut.az

“Real Soseydad”da yeni baş məşqçi

Aut.az

“Bolonya” baş məşqçisini qovdu

Aut.az

ÇL-in qalibi bəlli oldu

Aut.az

AÇ-2020-nin TAM TƏQVİMİ açıqlandı

Aut.az

Şahzadə futbolçuların bütün borclarını sildi

Aut.az