Millimizin rəqibi Dauma tapşırılır

İyunun 9-da Riqada Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Latviya yığmasının baş məşqçisi postuna namizədlər müəyyənləşib.
 
Latviya Futbol Federasiyasının prezidenti postuna iddia edən Krişyanis Klyavinş və Vadim Laşenko öz təkliflərini irəli sürüblər. 
 
Klyavinşin əsas namizədi Türkiyənin "Fənərbağça” komandasının sabiq almaniyalı baş məşqçisi Kristof Daumdur. O, həmçinin sloveniyalı Sreçko Katanets və almaniyalı Folker Finkeni də təklif edib. Laşenko isə prezident seçiləcəyi təqdirdə, danimarkalı Henrix Larsen və ya ingiltərəli Deyv Consu yığmanın sükanı arxasında görmək istəyir.
 
Qeyd edək ki, LFF-nin İcraiyyə Komitəsinin aprelin 6-da keçirilmiş iclasında Aleksandr Starkovun istefaya göndərilməsindən sonra Latviya yığmasının baş məşqçi postuna namizədləri təqdim etmək üçün İşçi Qrup yaradıb. Baş katib Yanis Mejetskis, LFF-nin Elit İnkişaf Layihəsinin rəhbəri Maris Verpakovskis və milli asossiasiyanın idman direktoru Daynis Kazakeviçdən ibarət qrup yığmaya namizədləri təklif etməlidir.
 
Digər tərəfdən, aprelin 27-də LFF-də prezident postuna seçki olacaq. Rəhbər vəzifəyə Vadim Laşenko və Krişyanis Klyavinşlə yanaşı, Kaspar Qorkş da namizəddir. Qorkş yığmaya vaxtilə "Ventspils"də birgə çalışdığı "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuku gətirmək istəyir. 
 
Qeyd edək ki, yeni baş məşqçi seçkidən sonra - mayın 3-də müəyyənləşəcək.
Tarix: 26 Aprel [11:50]
Oxunub: 47 dəfə
Müəllif: Aut.az

Kiyevdə “Liverpul” azarkeşlərinə hücum edilib

Aut.az

Fernando Torres "Saqan Tosu"da

Aut.az

Azarkeşlərdən qonşu ölkəyə müraciət: "klubumuzu qəbul edin!"

Aut.az

Şehiç İtaliya A Seriyasında!

Aut.az

Nazarov Almaniyada klubunu dəyişir

Aut.az

“Real Soseydad”da yeni baş məşqçi

Aut.az

“Bolonya” baş məşqçisini qovdu

Aut.az

ÇL-in qalibi bəlli oldu

Aut.az

AÇ-2020-nin TAM TƏQVİMİ açıqlandı

Aut.az

Şahzadə futbolçuların bütün borclarını sildi

Aut.az