“Qarabağ”ın çempionluq - FOTOLARI

Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün qalibi müəyyənləşib.
 
24-cü turun bu gün keçirilən oyunlarından sonra Ağdamın “Qarabağ” klubu Azərbaycan çempionu titulunu qazanıb.
 
Qurban Qurbanovun yetirmələri səfərdə “Sumqayıt”ı Dani Kintananın qolu sayəsində 1:0 hesabı ilə məğlub edərək Premyer Liqanın sonuna 4 tur qalmış qızıl medalları təmin edib.
 
Bununla da “Qarabağ” ümumilikdə 6-cı, ardıcıl 5-ci çempionluğunu qazanıb. İlk dəfə 1993-cü ildə qızıl medallara yiyələnən ağdamlılar 2013/14, 2014/15, 2015/16, 2016/17 mövsümlərinin ardından 2017/18 mövsümündə də hamıdan güclü olub. Qurbanovun komandası həm də ardıcıl qızıl medal sayında öz rekordunu yeniləyib.
 
Qeyd edək ki, ümumilikdə 8 komanda qızıl medallara sahib olub və “Qarabağ” çempionluq sayında yalnız “Neftçi”dən geri qalır. Bakılılar 8, Ağdam klubu 6 dəfə yarışın qalibi olubsa, “Kəpəz”in 3, “Şəmkir”, “Keşlə” (“İnter” adlandığı vaxt) və “Bakı”nın hərəyə 2, “Turan”la “Xəzər Lənkəran”ın hərəyə 1 çempionluğu var.
 
 Ardıcıl 5-ci, ümumilikdə isə 6-cı dəfə çempion olan Ağdam klubu matçdan sonra bu qələbəni klub idarəçiləri ilə birlikdə soyunub-geyinmə otağında qeyd ediblər.
Tarix: 22 Aprel [21:25]
Oxunub: 138 dəfə
Müəllif: Aut.az

Ramil Quliyevin ukraynalı həyat yoldaşı - FOTOLAR

Aut.az

Klub çempion futbolçularını satıb keçi aldı - FOTOLAR

Aut.az

Ulduz futbolçnun sevgilisi göz qamaşdırır - FOTO/VİDEO

Aut.az

"Qarabağ" - "Kukesi" - FOTOLAR

Aut.az

Utanmadı, sevgilisi ilə lüt soyunub, gölə girdi - FOTOLAR

Aut.az

Xanımına görə "Qarabağ"a gəlmədi- FOTOLAR

Aut.az

Məşhur futbolçu Türkiyə gözəli ilə evləndi - FOTOLAR

Aut.az

Azərbaycanlı idmançı rusiyalı iş adamına ərə getdi - FOTOLAR

Aut.az

Ronaldonun şəkli tualet kağızında - FOTOLAR

Aut.az

"Yuventus"dan Ronaldonu kölgədə qoyan transfer - FOTOLAR

Aut.az