Əhmədovun istefa vədinin pərdəarxası

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovun avrokuboklara vəsiqə qazanmayacaqları halda istefa verəcəyini deməsi təsadüf deyil. İndiyəqədərki karyerası ərzində heç vaxt ondan bu qədər cəsarətli, riskli açıqlama görməmişik. Heç indi də öz sözünü demir. Sadəcə, göstəriş belədi.
 
Əhmədov klubun indiki rəhbərliyi üçün sevimli məşqçi deyil. Köhnə rəhbərliyin vaxtında, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin istəyi ilə bu posta gətirilən Tərlanı ancaq ölkə kubokunun qazanılması xilas edə bilərdi. Lakin yarımfinalda bacarıqsızlığı sübut olundu və “Neftçi” mübarizəni dayandırdı.
 
İndi ümid çempionat yolu ilə istəyə çatmağa qalıb. Çətindi, amma mümkündü. Musayev qalan 5 oyunda işləri “nizamlamaq” üçüm gizli yardım edə bilər. Böhranda olan “Zirə”ni, lap elə “Sumqayıt”ı sıradan çıxarmaq üçün hakimlərin 1-2 səhv qərarı kifayətdi. Xüsusilə “Zirə” rəhbərliyinin susqunluğu əla fürsətdi. Təkcə 2018-də 5 matçda “qartallar” hakim səhvlərindən xeyli xal itirib. Ona görə də bunun davamı mümkündü. Əhmədovun məlum qaçıqlaması da öz sözü deyil.
 
AFFA-nın baş katibi Elxan Məmmədovla Musayevin şərikli qayğı göstərdiyi 2 klub yarımfinalda dayanıb. Lakin bu iki şəxs kadrlarını vəziyyətdən çıxarmaq üçün hər şeyə razıdı. Xüsusilə Musayevin çiyinlərinə “yük düşür” və çoxillik təcrübəsi ona kömək etməlidi.
 
Amma çətin ki, avrokuboklara vəsiqə də Əhmədovu xilas etsin. “Neftçi” rəhbərliyi onu öz komandasının üzvü saymır. Elxan Abdullayevi komanda 7-ci yerdə gedərkən yeni – üçillik müqavilə ilə şərəfləndirən klub, indi anlaşması 1 aydan sonra bitəcək məşqçiyə ümid də vermir. Və Tərlan yəqin ki, istefa verməyəcək, sadəcə, onun müqaviləsi yenilənməyəcək. Avropa Liqasına çıxış hüququ qazansa da...(futbolinfo)
Tarix: 20 Aprel [19:50]
Oxunub: 306 dəfə
Müəllif: Aut.az

“Neftçi” “Qəbələ”yə, “Sabah” “Sumqayıt”a qarşı - BU GÜN

Aut.az

"Qarabağ" "Şerif"ə qarşı bu heyətlə oynayacaq

Aut.az

"Qarabağ" "Səbail"i məğlub etdi, "Zirə" "Keşlə" ilə "sülh" bağladı

Aut.az

"Rəşadın nə gücü tükənib, nə də oyunu zəifləyib" - Qurban Qurbanov

Aut.az

"Səbail" - "Qarabağ" START HEYƏTLƏR

Aut.az

“Şerif” - “Qarabağ” oyunu avstriyalılara tapşırıldı

Aut.az

Litva yığmasının üzvü “Keşlə”də - RƏSMİ

Aut.az

"Qarabağ" "Səbail"ə, "Zirə" "Keşlə"yə qarşı - BU GÜN

Aut.az

Orxan Sadıqlı “Sumqayıt”da - Rəsmi

Aut.az

“Qarabağ” Emeqarasız neçə oyun keçirəcək?

Aut.az