"Qarabağ" daim ölkə futbolu üçün yaxşılıqlara çalışıb" - Əmrah Çəlikəl

Xəbər verdiyimiz kimi, TPL-in XXIV turunda keçiriləcək "Sumqayıt" – "Qarabağ" oyununun canlı yayımlanmasında problem yaranıb. Meydan sahibinin qarşı tərəfə müraciəti əsasında görüş bir gün sonra 19:00-a təxirə salınıb. Həmin gün eyni saatda "Neftçi" - "Qəbələ" qarşılaşması var və "CBC Sport" bu oyunun yayımlayacaq.

"Qarabağ" tərəfinin narazılığı əsasında əvvəlcə çempionatın yayım hüququnun məxsus olduğu kanalın direktorundan münasibət öyrəndik. Bildirmişdi ki, oyun saatı dəyişdirilərsə, canlı yayım məsələsinə baxıla bilər. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə saytımıza açıqlamasında görüşün vaxtının 21:00-a dəyişdirilməsinin mümkünlüyünü söyləmişdi.

Bəs "Qarabağ" tərəfinin bu məsələdə mövqeyi nədi?  Klubun direktoru Əmrah Çəlikəl "FutbolPress"ə açıqlamasında bunları dedi:

"Bizə müraciət edilmişdi. Əlbəttə ki, buna etinasız yanaşa bilməzdik. "Qarabağ" daim ölkə futbolu üçün yaxşılıqlara çalışıb. Oyunun canlı yayımlanması üçün gərəkən hansı addım atılacaqsa ən öndə biz də dəstək olacağıq. Zatən, oyunun vaxtının dəyişdirilməsinə müzakirəsiz razılıq verilməsi də bizim prosesə münasibətimizin göstəricisidir. Təbii ki, bu qərarı kollektiv arasında müzakirə edib, verməliyik. Bilirsiniz, hazırlıq dəqiqlik tələb edən prosesdir. Oyunun vaxtının dəyişdirilməsi barədə bizə müraciət edilərsə, biz bunu müzakirə edib, qərarımızı verəcəyik. Dediyim kimi, proseslərə təkan verməyə çalışırıq"
Tarix: 20 Aprel [17:40]
Oxunub: 150 dəfə
Müəllif: Aut.az

"Zəngilan" millimizi məğlub etdi

Aut.az

“Sumqayıt” “Sabah”a, “Keşlə” “Zirə”yə qarşı - BU GÜN

Aut.az

“Neftçi”də qələbə davası

Aut.az

Heydər Əliyevin adını daşıyan stadion boş qalmamalıdı!

Aut.az

22 komandadan 17-si Bakıda məskunlaşıbsa...

Aut.az

"Futbolçuların əziyyətinə heyfim gəlir" - Qurban Qurbanov

Aut.az

“Qarabağ” qalib gəldi

Aut.az

Əmircanov Türkiyə klubunda

Aut.az

“Neftçi” “Qəbələ”yə məğlub oldu

Aut.az

Elvin Yunuszadənin yeni klubu rəsmən açıqlandı

Aut.az