İbrahimoviç DÇ-2018-də iştirak etməyəcək - RƏSMİ

Futbol üzrə İsveç milli komandasının baş məşqçisi Yanne Andersson ABŞ-ın "Los-Anceles Qelaksi” klubunda çıxış edən Zlatan İbrahimoviçin yığmaya qayıdağı barədə şayiələri təkzib edib.
 
56 yaşlı mütəxəssis İbrahimoviç və digər futbolçuların 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatından sonra yığmada oynamaq istəmədiklərini söyləyib. Andersson millidən imtina etmiş futbolçuların Rusiyada təşkil olunacaq dünya çempionatına aparılmayacaqlarını açıqlayıb: "Onların qərarlarına hörmət edirəm. Amma mən mətbuatda yazılanları və Zlatanın fikirlərini ciddi qarşılamıram. Yalnız onunla öz aramızdakı söhbətə əsaslana bilərəm. Onunla danışdım və nə istədiyini mənə izah etdi. Mən də bununla razılaşdım. İbrahimoviç dünya çempionatı ilə bağlı mənimlə əlaqə saxlamayıb. O, yığmanın mundialla bağlı planlarına daxil deyil. Bu, həmçinin, əvvəllər komandadan imtina edən digər futbolçulara da aiddir".
 
Qeyd edək ki, İsveç milli komandası DÇ-2018-də Almaniya, Cənubi Koreya və Meksika ilə birgə F qrupunda mübarizə aparacaq.  
Tarix: 20 Aprel [17:20]
Oxunub: 30 dəfə
Müəllif: Aut.az

Kiyevdə “Liverpul” azarkeşlərinə hücum edilib

Aut.az

Fernando Torres "Saqan Tosu"da

Aut.az

Azarkeşlərdən qonşu ölkəyə müraciət: "klubumuzu qəbul edin!"

Aut.az

Şehiç İtaliya A Seriyasında!

Aut.az

Nazarov Almaniyada klubunu dəyişir

Aut.az

“Real Soseydad”da yeni baş məşqçi

Aut.az

“Bolonya” baş məşqçisini qovdu

Aut.az

ÇL-in qalibi bəlli oldu

Aut.az

AÇ-2020-nin TAM TƏQVİMİ açıqlandı

Aut.az

Şahzadə futbolçuların bütün borclarını sildi

Aut.az