Türkiyə prezidenti "Fənərbağça"ilə oyunda yaralanan Şenol Günəşə zəng etdi

Bildiyiniz kimi, ötən gün ölkə kubokunun yarımfinal mərhələsində "Fənərbağça” ilə "Beşiktaş" arasındakı matçda insident baş verib. 
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qalmaqal zamanı başından yaralanan "Beşiktaş”ın baş məşqçisi Şenol Günəşə zəng edib.
 
Ölkə başçısı başına beş tikiş qoyularaq xəstəxanaya yerləşdirilən 63 yaşlı mütəxəssisə "keçmiş olsun” söyləyib.
 
Qeyd edək ki, "Fənərbaxğa" - "Beşiktaş" qarşılaşması yarımçıq dayandırılıb. Matçın 57-ci dəqiqəsində stadiona kənar əşyalar atan azarkeşlər qonaqların ehtiyat oyunçular skamyasını hədəf seçiblər. Nəticədə komandanın baş məşqçisi Şenol Günəş başından ağır xəsarət alıb. Ona tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.
 
Bu komandalar arasındakı ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıb. Baş verənlərə görə "Fənərbağça”ya 0:3 hesablı texniki məğlubiyyətin veriləcəyi gözlənilir.
Tarix: 20 Aprel [12:20]
Oxunub: 58 dəfə
Müəllif: Aut.az

Ronaldo ilk oyunda qapıçının burnunu qırdı

Aut.az

Dəniz Yılmaz 19 dəqiqə oynadı

Aut.az

Azərbaycanlı futbolçu Latviyada bir oyunda 5 qol vurdu

Aut.az

AFF-nin prezidenti Məsut Özildən üzr istədi

Aut.az

Nazarov 71 dəqiqə oynadı

Aut.az

Ukraynalı futbolçu Rusiya bayrağından üz çevirdi

Aut.az

Tite Braziliya millisinin heyətini açıqladı SİYAHI

Aut.az

Ozan Can kənardan izlədi

Aut.az

İbrahimoviç müflis oldu

Aut.az

Eddi İsrafilov 6 dəqiqə oynadı

Aut.az