Qurban Qurbanov: "Sumqayıtda çempionluğu təmin etməyi hamımız istərdik"

Azərbaycan millisinin və "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun "Qəbələ”nin ölkə kubokunun yarımfinal mərhələsində "Neftçi”ni 3:1 hesabı ilə məğlub etdiyi cavab oyunundan sonra "Report”a müsahibə verib. 
 
Aut.az həmin müshaibəni təqdim edir:
 
- Qəbələdəki ilk görüşdə 2:1 hesabı ilə qalib gələn "Neftçi”nin cavab qarşılaşmasında uduzaraq, mübarizəni dayandırması sizin üçün sürpriz olmadı?
 
- Futbol həmişə sürprizlərlə doludur. Kubok duellərində heç vaxt bir komanda səfərdə qalib gəlibsə, cavab görüşündə mütləq lazımı nəticəni təmin edəcəyi fikri olmayıb. Hətta Avropada da böyük hesablı qələbələrdən sonra komandaların məğlub olduğunu gördük. Ona görə də hər iki kollektivin finala çıxmaq şansı var idi.
 
- "Qəbələ”nin daha çox istəkli olmasının həlledici rol oynadığını düşünmürsünüz?
 
- "Neftçi”nin istəyinin olmadığını deməzdim. Sadəcə, "Qəbələ” hücum xəttində daha aktiv oldu və keyfiyyətli oyun göstərdi. Ümumən götürsək, "Neftçi” 2 oyunda rəqibinin qapısına 3 top vurdu. Bu, az bir şey deyil. Hər iki komanda finala çıxa bilərdi.
 
- Çoxları "Qəbələ”dən məhz belə oyun gözləyirdi. Sanki yuxudan ayıldılar...
 
- Həmişə qalib gələndə komanda haqda xoş fikirlər olur. Ümumiyyətlə, kubok oyununa hər zaman fərqli yanaşmışam. Çox nüfuzlu turnirdir. Çempionat bitəndən sonra kuboku qaldırmaq yaxşı hissdir. Futbolçular da bunu dərk edirdi və hər iki komanda istəkli idi. Bu, ilk oyundan görünürdü. Klublara uğurlar arzulayıram.
 
- "Qəbələ”nin Premyer Liqada 2-ci, "Keşlə”nin isə 7-ci sırada qərarlaşdığını nəzərə alsaq, "qırmızı-qaralar”ı favorit saymaq olar? Üstəlik, final görüşünü öz meydanında keçirəcək qəbələlilərin tapşırığın öhdəsindən böyük ölçüdə gəldiyini düşünmürsünüz?
 
- Qətiyyən! Bayaq da qeyd etdim, kubok oyunu tam fərqlidir. Hər bir komandanın qalib gəlmək ehtimalı var. Final bir görüşdən ibarətdir. Klubların rəhbərlikləri, məşqçi və futbolçu heyəti özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar.
 
- Hər iki oyunda aqressivlik yüksək səviyyədə idi. Yerli futbolçular da hisslərini cilovlaya bilmirdilər. Təmkinli bir insan kimi onlara öz tövsiyələrinizi verəcəksiniz?
 
- Xeyr, başqa klubun futbolçularına tövsiyə verməyə ixtiyarım yoxdur. Lakin millidə öz prinsiplərim var və baş məşqçi təyin olunandan sonra bunları komanda üzvlərinə çatdırmışam. Eyni zamanda bütün futbolçulara öz klublarında da düzgün, doğru davranmağı, hamıya hörmətlə yanaşmağı məsləhət görmüşəm.
 
- Hər iki oyunu izlədiniz. Millinin futbolçularında hanısısa diqqət çəkən məqam oldu?
 
- Yaxşı və pis məqamlar oldu.
 
- Pis məqamları bilmək olar?
 
- Xeyr (gülür).
 
- Bəs, yaxşını necə?
 
- Yox, o da öz aramızda qalsın.
 
- "Qarabağ” bu həftə Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə "Sumqayıt”a qalib gələcəyi təqdirdə, çempionluğu rəsmiləşdirəcək. Azarkeşlərə nə sözünüz var?
 
- Onlara nəsə deməyə ehtiyac yoxdur. Bəlkə də onlar hansı addımı atmağın lazım olduğunu bizdən yaxşı bilirlər. Əlbəttə, Sumqayıtda çempionluğu təmin etməyi hamımız istərdik. Bizim üçün asan keçməyəcək, hər şeyə hazır olmalıyıq. Tək bu matç üçün yaşamalı deyilik. "Sumqayıt”la qarşılaşmaya əvvəlki səhvlərə yol verməmək üçün hazırlaşırıq. Yaxşı oyunla azarkeşlərimizi sevindirməyə çalışacağıq. Dediyim kimi, azarkeşlərə hansısa tövsiyə etməyə ehtiyac yoxdur. Onlar öz işlərin gözəl bilirlər.
Tarix: 19 Aprel [13:20]
Oxunub: 194 dəfə
Müəllif: Aut.az

“Mən futbolçunun saqqal saxlaması, namaz qılması haqda fikirləşməli deyiləm” – Qurban Qurbanov

Aut.az

“Futbolçularımızın əksəriyyətindən ciddi narahat və narazıyam” – Qurban Qurbanov

Aut.az

Ramin Quliyev: «Qurban Qurbanovun oğlu olduğu üçün Musanın kapitan seçilməsi haqqında deyilənlər boş söz-söhbətlərdi»

Aut.az

Qurban Qurbanov: "Sumqayıtda çempionluğu təmin etməyi hamımız istərdik"

Aut.az

Sərxan Abışov: "Məqsədimiz Moskvada ölkəmizi layiqincə təmsil etməkdi" - MÜSAHİBƏ

Aut.az

Emin Quliyev: “Şişiblər”, adam tanımırlar - MÜSAHİBƏ

Aut.az

Cavid Hüseynov Rasim Əliyevin öldürülməsi ilə bağlı ilk dəfə BÜTÜN GİZLİNLƏRİ AÇDI - MÜSAHİBƏ

Aut.az

“Qurban olmasaydı, 28 yaşımda karyeramı bitirmişdim” – Rəşad Sadıqov

Aut.az

Saşa Yunisoğlu: "40 yaşa qədər futbol oynaya bilərəm" MÜSAHİBƏ

Aut.az

Bəxtiyar Musayev od püskürdü: “Pul israf edilir, keyfiyyəti düşünən yoxdu”

Aut.az