“Kəpəz”in mühasibini AFFA Bakıya çağırdı - FOTOLAR

Adı "Kəpəz”dəki maliyyə pozuntularında hallanan klubun mühasibi Mənsurə Məmmədova AFFA-nın futbol akademiyasında keçirilən tədbirə gəlib.
 
Xanım maliyyəçinin bu dəfəki gəlişi seminarda iştirak etmək məqsədi daşıyır.
 
Belə ki, bu gün AFFA-nın Futbol Akademiyasının inzibati binasında Lisenziyalaşdırma Qrupu tərəfindən Topaz Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün UEFA-nın Maliyyə Fair Play IT proqramına (CL/FFP IT Solution) həsr olunmuş seminar keçirilib. Seminarda UEFA-nın Maliyyə Fair Play qaydaları müzakirə olunub və klub nümayəndələri 2017-ci maliyyə ili üzrə müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.
 
Bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.
 
Xatırladaq ki, Mənsurə Məmmədova Mikayıl Nərimanoğlu "Kəpəz”dən uzaqlaşdırılandan sonra uzun müddət diqqət mərkəzinə düşmüşdü. AFFA-nın ötən il "Ən yaxşı maliyyə meneceri” seçdiyi Mənsurə xanım klubdakı yeyintilərdə əli olmaqda ittiham olunurdu. Məmmədova isə öz növbəsində "Futbol+”ə açıqlamasında bildirmişdi ki, bütün maliyyə əməliyyatlarını Nərimanoğlunun təkidli tələbə ilə yerinə yetirib. Mikayıl Nərimanoğlu isə öz növbəsində hər şeyi AFFA-nın baş katibi Elxan Məmmədovla razılaşdığına onu inandırmışdı. Görünən odu ki, audit yoxlamalarından sonra Mikayıl Nərimanoğlu cəzalandırılıb, klubdan və AFFA-dan qovulsa da, Məmmədova günahsızlığını sübut etməyi bacarıb və "Kəpəz”dəki işinə davam edir.
 
 
 
Tarix: 17 Aprel [14:20]
Oxunub: 65 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az