Məmmədov Ayxan Abbasova dəstək oldu: "Yıxılanı "baltalamaq" "sevgimizdən" əl çəkək!"

Azərbaycan milli komandasının sabiq futbolçusu, karyerasının ən yaxşı dönəmlərini “Xəzər Lənkəran”da keçirmiş Füzuli Məmmədov "Zirə"nin baş məşqçisi Ayxan Abbasova dəstək olub.
 
"Səbail"in U-17 komandasının baş məşqçisi olan gənc mütəxəssis həmkarına qarşı haqsızlıq edilməsiylə bağlı sosial şəbəkə hesabında fikirlərini yazıb:
 
"Son günlər "Zirə" komandasının baş məşqçisi Ayxan Abbasova qarşı səslənən fikirləri təəssüflə oxuyuram. Yerə vurduğunuz Ayxan Abbasov "Zirə"ni avroliqaya çıxarıb, bu gün onu istefaya səsləyən azarkeşlərə bəlkə də komandaları ilə birgə yaşayacağı ən böyük sevinci bəxş etdi. Bu gün istefaya səslədiyiniz Ayxan Abbasov qurduğu komanda ilə Avroliqada layiqli oyunlar göstərdi. Bu gün haqsızlıq etdiyiniz Ayxan Abbasov "Zirə" ilə qış fasiləsinə qədər bütün rəqiblərə başağrısı olub. Hal-hazırda da Ayxan Abbasovun komandası çempionatın iddialıları arasındadır. Özümüzə, öz dəyərlərimizə hörmətlə yanaşaq, onları qoruyub, dəstək olaq. Yıxılanı "baltalamaq" "sevgimizdən" əl çəkək!"
Tarix: 17 Aprel [13:40]
Oxunub: 78 dəfə
Müəllif: Aut.az

Samir Əliyev "Səbail"də özü-özünə "torba" tikir

Aut.az

"Neftçi" AFFA-ya müraciət etdi

Aut.az

“Qarabağ” uduzdu

Aut.az

Yığmamız Rusiya ilə qarşılaşacaq

Aut.az

“Neftçi”nin futbolçuları öz anası, bacısı üçün oynamır

Aut.az

AFFA "Xəzər"i Premyer Liqaya buraxsa… Bu rayonu təmsil edəcək

Aut.az

Biri oyuna getmədi, biri meydanı tərk etdi - Azərbaycanda

Aut.az

"Qarabağ"ın futbolçusu Polşada rekordçu oldu

Aut.az

Kubokun final oyununun saatı açıqlandı

Aut.az

Qara Qarayev: "8 komanda olan yerdə inkişaf edirik desək, bir-birimizi aldadarıq"

Aut.az